Icma.az
close
up
RU
Qonşularımıza həsrətlə baxacağıq...

Qonşularımıza həsrətlə baxacağıq...

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Ötən gecə 2024/2025-ci illərdə Çempionlar Liqasının finalçılarının adına aydınlıq gəldi.

“Qafqazinfo” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici oyununda Fransanın PSJ və İtaliyanın “İnter” klubları mübarizə aparacaq. 

Mayın 31-də Münhendə keçiriləcək final görüşündə mübarizə aparacaq oyunçularla bağlı maraqlı faktlar var. Belə ki, həlledici qarşılaşmada Azərbaycanın quru sərhədi olan ölkələrin hamısından futbolçular meydana çıxacaq. 

“İnter”in heyətində Hakan Çalhanoğlu ikinci dəfə ÇL finalında oynayacaq. O, 2023-cü ildə İstanbulda “Mançester Siti” ilə keçirilən həlledici görüşün iştirakçısı olmuşdu. 

İranı isə bu matçda Mehdi Taremi təmsil edəcək. Cari mövsümün əvvəlində “İnter”ə transfer olunan futbolçu üçün bu ilk finaldır. 

Ermənistanı ÇL finalında Henrik Mxitaryan təmsil edəcək. O, karyerasında ilk dəfə Çempionlar Liqasının qalibi ola bilər. Mxitaryan bu mövsüm “İnter”in əsas oyunçularından biri sayılır. 

Fransa təmsilçisi PSJ-nin heyətində isə qonşu ölkə Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya meydana çıxacaq. Mövsümün əvvəlində “Napoli”dən 70 milyon qarşılığında Paris təmsilçisinə transfer olunan futbolçu yarımfinalda da oyunu ilə göz oxşadı. O, qol vura bilməsə də, təhlükəli epizodlarla yadda qaldı. 

Xviça Azərbaycan üçün yad sima deyil. Gürcü futbolçunun atası Badri Kvaratsxeliya Azərbaycan futbolunu 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində izləyən hər kəsə tanışdır. Azərbaycan yığmasının üzvü, “Şəmkir” klubunun ulduzu... O, sözügedən komanda ilə 101 dəfə meydana çıxıb, “Skonto” üzərində qələbənin memarlarından olub. UEFA Çempionlar Liqasında ilk dəfə mərhələ adlarkən Badri Riqa klubunun qapısına 2 qol vurub və 4:1 hesablı qalibiyyətin səbəbkarlarından sayılır. Böyük ehtimalla Badrinin azarkeşi olanların əksəriyyəti finalda Xviçaya azarkeşlik edəcək. 

Daha bir qonşu ölkə Rusiyanı isə bu finalda Matvei Safonov təmsil edəcək. Düzdür, o, PSJ-nin əsas qapıçısı deyil, amma Çempionlar Liqasının qalibi medalını boynundan asa bilər. 

Bu yerdə Azərbaycan futboluna nəzər salsaq, görərik ki, illərdir nəinki sadalanan futbolçular kimi, heç onların yarısı qədər məşhur oyunçu yetişdirə bilməmişik. Hazırda bizi Avropada təmsil edən ən məşhur futbolçumuz Mahir Emrelidir. Almaniya 2-ci Bundesliqasında çıxış edən forvard isə 1 oyunda meydana çıxır, 5 matçda çıxmır. Gah klubla problemləri olur, gah rəhbərliklə, gah da çıxıb 3 oyuna 4 qol vurur. Nə sabit karyerası var, nə də gələcəyi ilə bağlı suallar bəllidir. 

Bir neçə gün öncə isə “Nürnberq”dən ayrılacağı dəqiqləşdi. Hara gedəcəyi məlum deyil, bəlkə də Azərbaycana qayıdacaq. 

Bu məsələdə təkcə Mahir Emrelini günahlandırmaq olmaz, ümumi futbol mənzərəmiz belədir. AFFA illərdir Gürcüstan və Ermənistanın futbol büdcəsindən 5 dəfə artıq məbləğləri xərcləsə də, heç nə əldə etmədi. Yalnız heç bir uğuru olmayan milli komandamızın üzvləri bu pullardan böyük məbləğlərdə mükafatlar aldılar. Nə akademiyalar tikildi, nə də futbola yatırım oldu. İndi də qonşularımıza həsrətlə baxırıq...

Elsevər Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see305

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see287

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see280

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see264

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see260

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see230

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see223

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see214

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see209

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see193

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see192

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see190

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see187

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see185

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see183

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see182

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see171

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see168

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri