Icma.az
close
up
RU
Qonşunu çəkən kamera başınıza iş aça bilər Vəkildən xəbərdarlıq

Qonşunu çəkən kamera başınıza iş aça bilər Vəkildən xəbərdarlıq

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kimisi oğurluqdan qorunmaq, kimisi də qonşu ilə problemə əyani sübut üçün qapısı ağzına kamera qoydurub. Amma Ali Məhkəmə son hüquqi mövqeyi ilə pul xərcləyib namərdi qapısına qədər qovmaq istəyən şəxsləri peşman edib.

“Hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir”, - deyə Ali Məhkəmənin şərhində bildirilib.

Üstəlik əlavə olunub ki, “çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər”. Pepperoni pizza

Ali Məhkəmənin “kamera görüntüləri məhkəmədə sübut kimi qəbul olunmaya bilər” xüsusilə çoxlu sual yaradıb.

Vəkil Babək Həmidov “Yeni Sabah”a bildirib ki, Ali Məhkəmənin bu qərarı Konstitusiyaya uyğundur və gələcəkdə oxşar işlər üçün nümunə olacaq:

“Qərar gələcək məhkəmə təcrübəsi baxımından da müsbət presedent yaradır. Çünki Konstitusiya hər bir şəxsin şəxsi həyatının toxunulmazlığı hüququnu təmin edir və hər kəs başqalarının da bu hüququna hörmət etməyə borcludur. İnsanlar öz hüquqlarından istifadə edərkən digər şəxslərin şəxsi həyatına müdaxilə edə bilməzlər.

Bu baxımdan yaşayış binasının ümumi dəhlizinin hər hansı bir sakinin öz təşəbbüsü ilə daim kameraya çəkilməsi yolverilməzdir. Çünki “şəxsi həyat” anlayışı yalnız insanın mənzilinin daxili ilə məhdudlaşmır. Onun gündəlik həyatı, işgüzar fəaliyyəti və yaşayış yerinə giriş-çıxışı da şəxsi həyatının tərkib hissəsidir.

Əgər kamera vasitəsilə hər hansı görüntü əldə olunubsa və həmin görüntü şəxsin razılığı olmadan, onun şəxsi həyatına müdaxilə edilməklə qeydə alınıbsa, bu sübut qanunsuz əldə edilmiş sübut hesab oluna bilər. Qanunvericiliyə görə, qanunsuz yolla əldə edilmiş sübutların məhkəmədə sübut kimi hüquqi qüvvəsi olmur”.

Babək Həmidovun sözlərinə görə, kamera elə quraşdırılmalıdır ki, qonşuların giriş-çıxışı görünməsin:

“Əlbəttə, yaşayış binalarında təhlükəsizliyin təmin edilməsi məqsədilə kamera quraşdırılması mümkündür. Lakin bu, ayrı-ayrı sakinlərin şəxsi qərarı ilə deyil, binanın idarəedicisinin və ya sakinlərin ümumi yığıncağının qərarı əsasında həyata keçirilməlidir. Bununla yanaşı, kameralar elə quraşdırılmalıdır ki, konkret mənzillərin qapıları, insanların evlərinə kimlərin girib-çıxması kimi şəxsi həyata aid məlumatlar birbaşa müşahidə olunmasın.

Yəni bir nəfərin istəyi ilə ümumi dəhlizə kamera quraşdırılması düzgün deyil. Belə qərar yalnız sakinlərin ümumi razılığı əsasında qəbul oluna bilər. Ancaq bu halda belə, şəxsi həyatın toxunulmazlığı hüququ hər zaman üstün tutulmalıdır.

Əgər bu hüquq pozularsa, həmin şəxs məhkəməyə müraciət edərək görüntülərin qanunsuz əldə edildiyini əsaslandıra və onların sübutlar siyahısından çıxarılmasını tələb edə bilər.

Bir məqama da diqqət yetirilməlidir. Məsələn, sakin öz təşəbbüsü ilə kamera quraşdırıb və həmin kamera təsadüfən üçüncü bir şəxsin törətdiyi cinayəti qeydə alıb. Belə halda həmin görüntülərin hüquqi qiymətləndirilməsi fərqli ola bilər. Lakin söhbət məhz kameranı quraşdıran şəxsin qonşusu ilə bağlı mülki, inzibati və ya cinayət işindən gedirsə, qonşu şəxsi həyatına qanunsuz müdaxilə edildiyini əsas gətirərək həmin görüntülərin sübut kimi qəbul edilməməsini tələb etmək hüququna malikdir”.

Əsmətxanım Rzazadə


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri