Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 14 noyabr, AZƏRTAC
Son zamanlar milli dəyərlərimizə, irsimizə və ümumilikdə mənəviyyatımıza qarşı genişmiqyaslı hücumların şahidi oluruq. Biz hər zaman xarici təhdidlərə qarşı ayıq-sayıq olmalı, gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik.
Bu fikirləri "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik" mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransdan öncə AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü, eyni zamanda İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç səsləndirib.
"Biz türk milləti olaraq digər xalqlardan fərqlənirik. Zəngin dəyərlərimiz və əcdadlarımızdan miras qalan irsimiz var. Bir ölkənin müstəqilliyi, bayrağı, torpağı və lideri onun ən ali sərvətidir. Bizi biz edən məhz bu təməl dəyərlərdir və hər kəs bunu dərk etməlidir. İnanıram ki, çox dəyərli iştirakçıların qatıldığı bu konfrans uğurla keçəcək və nəzərdə tutulan hədəflərə çatacaq", - deyə o qeyd edib.
Müxbir - Nailə Həsənova
Foto Azər - İbrahimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Noyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















