Qonşusunun kartını tapdı, 10 dönər, 10 ayran aldı Cəzalandırıldı
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Bakıda qonşusuna məxsus bank kartını götürərək alış-veriş edən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2004-cü il təvəllüdlü Cavid Aslanov (ad-soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs qonşusu, zərərçəkmiş G.H.-yə məxsus bank kartını götürüb. O, həmin kartla Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşən marketlərdən siqaret və digər ərzaq məhsulları, “RED OİL” yanacaqdoldurma məntəqəsindən isə qardaşına məxsus avtomobil üçün yanacaq alıb.
Kartda qalan son məbləğlə “Namlı Dönər” restoranında 10 ədəd dönər və 10 ədəd ayran alıb. Ümumilikdə kartdan 218 manat xərclənib.
Təqsirləndirilən şəxs məhkəmədə kartı yaşadığı ünvanın yaxınlığında təsadüfən tapdığını bildirib. O, əməlindən səmimi peşman olduğunu və bir daha analoji hal törətməyəcəyini deyərək barəsində yüngül cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Cavid Aslanov tutulduğu 2 gün çıxılmaqla, 1 il 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. O, cəza müddətində elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Bundan əlavə, təqsirləndirilən şəxsə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 27 Avqust 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















