Icma.az
close
up
RU
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! 77.5 bal arası...

Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! 77.5 bal arası...

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ekspert: “Bir dəfə də olmayıb ki, onlar güclü zəlzələnin dəqiq proqnozunu versinlər”

Türkiyəli professor Süleyman Pampal İstanbulda zəlzələ ola bilmə ehtimalı ilə bağlı xəbərdarlıq edib. Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən zəlzələ hərəkət planı işləri çərçivəsində Adanada Qırılma Xətləri və Zəlzələ Paneli keçirilib.

Paneldən əvvəl zəlzələ mütəxəssisi, Qazi Universiteti Zəlzələ Araşdırma Mərkəzinin rəhbəri Süleyman Pampal “İhlas” agentliyinə açıqlama verib. Gözlənilən İstanbul zəlzələsindən danışan professor 7 və daha yuxarı ballıq zəlzələnin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib: “7 ilə 7,5 bal arasında zəlzələ gözləyirik. Təxminən 7,2 bal gücündə təkanlar olacaq. Bu, arzu olunan deyil, amma yuxarı və aşağı həddi nəzərdən keçirdikdə, kaş alt həddə yaxın olaydı. İstanbulun tikinti fondunu nəzərə alsaq, nəticə çox pis ola bilər. İstanbul dağılarsa, Türkiyə onun altında qalacaq. Hamımız qala bilərik. Biz İstanbul, Ankara, İzmir və Adana kimi şəhərləri ayırmadan bütün Türkiyəni zəlzələyə hazırlamalıyıq”.

Qeyd edək ki, konkret olaraq, İstanbulla bağlı bu cür pessimist proqnozlar vaxtaşırı səslənir. Bundan əvvəl də İstanbulda dağıdıcı zəlzələlər barədə bir neçə tanınmış alim açıqlama vermişdi. 

Professor Naci Görür bildirib ki, Marmara bölgəsində 7-7.5 bal gücündə bir zəlzələnin olma ehtimalı var. O, bu ehtimalın çox yüksək olduğunu (47%) qeyd edərək, xüsusilə Adalar və Kumburgaz fayı üzərindəki təhlükəni önə çəkib. Eyni zamanda, İstanbulda riskli binaların çoxluğunu və hazırlıqsızlığı diqqətə çatdırıb.

Professor Dr. Celal Şengör də böyük İstanbul zəlzələsinin maksimum 7.6 bal gücündə olacağını təxmin edib. Fayların “kilitlənmiş” vəziyyətdə olmasının təhlükəni artırdığını və bu tip zəlzələlərin dəqiq vaxtının əvvəlcədən bilinməsinin mümkün olmadığını bildirib.

Prof. Dr. Ziyadin Çakır da İstanbulda ən riskli bölgələri (məsələn, Haramidere, Ayamama, Maltepe və digər dolgu əraziləri) qeyd edib. O, zəlzələ riski yüksək olan ərazilərdə yaşayan insanların daha ehtiyatlı olması gərəkdiyini vurğulayıb. Bu alimlər İstanbulda təhlükəsizlik tədbirlərinin artırılmasını vacib sayır.

Bəs belə zaman kəsiyi üçün (7 il) verilən zəlzələ proqnozları nə dərəcədə reallaşa biləndir? Sesysmologiyada ən dəqiq proqnozlar hansılar sayılır?

Bu arada, mütəxəssislər zəlzələ barədə dəqiq vaxt və yer üzrə proqnoz vermək mövcud elmi metodlarla mümkün olmadığı bildirilir. Bunun səbəbi zəlzələ mexanizmlərinin çox mürəkkəb olması və fay xətləri boyunca gərginliklərin dəqiq ölçülməsi, davranışlarının proqnozlaşdırılmasının qeyri-mümkünlüyüdür. Amma bununla alimlərin fikri fərqlidir. 

Professor Celal Şengör bildirib ki, zəlzələnin vaxtını dəqiq təxmin etmək mümkün deyil, lakin fay xətləri üzərindəki gərginliklər və tarixi zəlzələlərin analizi vasitəsilə təxmini böyüklük və potensial təsir sahələri barədə fikir yürütmək mümkündür. Məsələn, İstanbul üçün maksimum 7.6 bal gücündə bir zəlzələ gözlənilir.

Professor Naci Görür isə zəlzələ riskini müəyyən etmək üçün seysmoloji məlumatların və fay hərəkətlərinin analizinə diqqət çəkib. Onun fikrincə, müəyyən bir ehtimalla (məsələn, 47%) yaxın gələcəkdə zəlzələ ola biləcəyini söyləmək mümkündür, lakin dəqiq vaxtı və yeri demək qeyri-mümkündür.

Bununla belə, ekspertlər qeyd edir ki, zəlzələlər yer qabığındakı çox mürəkkəb proseslər nəticəsində yaranır və bu proseslər bir çox dəyişkliklərdən asılıdır. Hazırda mövcud olan texnologiya bu dəyişkənlikləri tam anlamı ilə ölçə bilmir. Bugünkü elmi səviyyədə zəlzələni dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, seysmoloji analizlər və geoloji araşdırmalar zəlzələ riski olan bölgələr barədə müəyyən məlumat verir. Bu isə hökumətlərin və vətəndaşların təhlükəsizlik tədbirləri görməsi üçün vacibdir.

Fikrət Cəfərov

Ekoloq Fikrət Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “İl ərzində Türkiyədə güclü zəlzələnin olacağı ilə bağlı 10-12 proqnoz verilir. Bu proqnozların 98 faizi yanlış çıxır. Zəlzələ olsa da, çox zəif olur. Hazırkı müasir avadanlıqlarla zəlzələnin yerini, onun neçə bal olacağını proqnozlaşdırmaq çox çətindir. Mən həmişə deyirəm ki, bu gün dünyada zəlzələ ilə bağlı ən dəqiq monitorinqləri, araşdırmaları Yaponiya aparır. Onların proqnozları 50-60 faiz düz çıxır. Amma onlar necə deyirlər? Sadəcə zəlzələnin olacağını bildirirlər, onun gücünü isə dəqiq deyə bilmirlər. Misal üçün, deyirlər Okinavada bir ay ərzində zəlzələ ola bilər. Bəli, orada zəlzələ olur, lakin zəif olur. Bir neçə faktor var ki, hansı yerdə hansısa təhlükəli sahələri göstərir. Ancaq  dəqiq vaxtını və neçə bal olacağını Yaponiyada bu günə kimi dəqiq deyə bilməyiblər. Bilirsiniz ki, Yaponiya elə yerdə yerləşir ki, orada ildə mindən çox zəlzələ olur. Bir dəfə də olmayıb ki, onlar güclü zəlzələnin dəqiq proqnozunu versinlər”. 

Ekoloq əlavə edib ki, Azərbaycanda zəlzələdən sonra bir neçə alim, təşkilat da proqnoz verməyə başlamışdı: “O proqnozlardan heç biri doğru çıxmadı. Hamısı deyirdilər dağıdıcı zəlzələ olacaq. Əsasən də neft çıxarılan ərazilərin təhlükə mənbəyi olduğu deyilirdi. Bu deyilənlər də özünü doğrultmadı. Birincisi neft çıxarılan yerlərdə zəlzələ hər zaman zəifləyir. Geomorfologiya göstərir ki, 10 kilometr dərinlikdə  5 bal gücündə zəlzələ olarsa, üst qatda 3 bal hiss olunur. Bunu təsdiq ediblər. Ona görə əhali heç bir proqnozlara ciddi yanaşmamalıdır. Rəsmi məlumatlara inanmaq lazımdır. Azərbaycanın bu gün zəlzələ ilə bağlı əhalini məlumatlandırmaq üçün 50-60 faiz imkanı var”.   

Qeyd edək ki, son illərdə Türkiyənin müxtəlif bölgələrində bir neçə güclü zəlzələ baş verib. Ən yaddaqalanı isə 2023-cü ilin fevral ayında Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə baş vermiş zəlzələ oldu. Bu zəlzələlər qeyri-adi sayılır, çünki qısa müddət ərzində bir-birini izləyən bu güclü təkanlar bölgədə böyük dağıntılara və minlərlə insanın həyatını itirməsinə səbəb oldu. Kahramanmaraş zəlzələsindən sonra Malatya, Hatay və Adıyamanda da zəlzələlər qeydə alınıb.

Bu ilin əvvəlində də Muğla və İzmir bölgələrində kiçik və orta şiddətli yeraltı təkanlar olub. Türkiyə ərazisi seysmik baxımdan aktiv olduğu üçün Şərqi Anadolu və Şimali Anadolu qırılma xətləri boyunca güclü zəlzələlərin olması ehtimalı yüksəkdir.  Davamlı təkrarlanan bu təbii fəlakətlər Türkiyənin infrastrukturunun seysmik təhlükəsizlik standartlarını artırmaq ehtiyacını vurğulayır.
“Yeni Müsavat”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:237
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri