Icma.az
close
up
RU
Qoşa budaq

Qoşa budaq

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Mahir CAVADLI

Dünyanı dərk edəndən əlahəzrət sözün qapısını döydülər, hikmət aradılar, çox məna, məntiq, mətləblər və ən əsası bir-birini tapdıar, Allahın seçilmuş bəndələri kimi təzim və ehtiram göstərdikləri sözün zirvəsini fəth etdilər, - milli mətbuatımızın və ədəbiyyatımızın QOŞA BUDAĞı kimi!.. 

...Barmaqlarımı kompüterin düymələrinə basmazdan əvvəl hər hansı bir arxivə və ya arxivimdəki istər mənə şəxsi imzaları ilə bağışladıqları kitablarından, istərsə də haqlarında yazılan saysız-hesabsız mənbələrdən bu və ya digər fakta, dəlilə, sitata istinad etmədən qəhrəmanlarım barədə fikir yürütmək iddiasındayam. Çünki bəhs edəcəyim insanları oxucuları qarışıq ictimaiyyət, az-çox mətbuatdan, ədəbiyyatdan xəbəri olan ziyalılarımız bəlkə məndən də yaxşı tanıyırlar. Hətta vaxtlarını çox almayım deyə, telefon zənglərində də qısa danışdığım həmkarlarımın ilk növbədə bir-birinə ən xoş, ülvi duyğularla bağlanaraq necə sevildiklərini görəndə, nə gizlədim, sevincimlə bərabər, qibtə hissi də keçirmişəm. Söhbət sadəcə hamımızın dərin rəğbətini qazanmış Qulu Məhərrəmli və ömür-gün yoldaşı Zemfira xanım Məhərrəmlidən gedir.

İlk tanışlığım çox-çox illər əvvəl jurnalistikada ad-san qazanmış, daha çox həmyerlim kimi qürurlandığım Qulu Məhərrəmli ilə onun televiziyada çalışdığı vaxtlara gedib çıxır. Bakıda neft sahəsində işləyib yaxşı maaşla ailə, məişət, mənzil problemlərimi həll edə-edə BDU-nun jurnalistika fakültəsində qiyabi oxuduğum qırx beş il əvvələ təsadüf edir bu tanışlıq. Hələ yazıları işıq üzü görsün deyə bir redaksiya qapısını (onda respublikada bir neçə qəzet-jurnal çıxırdı) beş-altı dəfə döyən kiçik yazılar müəllifi ilə ekranlardan odlu-alovlu, məntiqli-mənalı  çıxışları, şərhləri ilə evimizin əziz qonağı sayılan tanınmış telejurnalistin görüşünü, bu görüşün xüsusilə adi tələbəyə necə təsir edə biləcəyini bugünkü jurnalistikanın prizmasından baxaraq təsəvvür etmək mümkünsüzdür. Qəzet səhifələrində nəyi necə gəldi yazanlar, ekran-efirlərdə işlətdiyi sözün məğzinə varmayanlar üçün bir az da gülməli çıxar o vaxt cəmi dörd yaş böyük həmkarımla görüşümün məndə yaratdığı təəssürat! Ancaq fakt faktlığında qalır.

Növbəti görüşümüzdə radio nitqi ilə bağlı kitabını bağışlaması, üstəlik, səmimi ünsiyyəti bir az da ürəkləndirdi məni. Yəni bu gün yalnız həqiqətə və reallığa söykənən tanınmış ictimai-siyasi xadim, düz sözün və səlis nitq mədəniyyətinin daşıyıcısı olaraq nümunəvi qələm sahibi, əməkdar jurnalist, alim kimi dilçiliyimizin cəfakeş mühafizəçisi, professor Qulu Məhərrəmli ilə bütün ünsiyyətlərimizdə etik çərçivəni qorumağa çalışan mənlə aramızda ən xoş münasibətə, bəzən isə incə yumorla bitən polemikalara görə ona minnətdaram ki, bu da insan xarakterindəki sadəlikdən, səmimilikdən, düzlük və doğruluqdan doğur. Yumordan söz düşmüşkən, Qulu müəllimin səmimi təbəssüm dolu yumoru da onun ciddiliyinə xələl gətirmir, sanki qarşısındakına sözü, xüsusən incə məqamlarda hansı formada və ya formatda çatdırmaq lazım olduğunun nümunəsinə çevrilir. Məsələn, kitab sərgisində moderatoru olduğu ciddi bir tədbirin sonluğunu gülümsəyərək "indi də İradə xanımın xahişi ilə sözü verirəm Zemfira Məhərrəmliyə" deməsi iştirakçılarda xoş əhval-ruhiyyə yaratmaqla yanaşı, həm də həyat yoldaşı və ən yaxın sirdaşı olan növbəti dəvətlinin söz haqqı olduğuna işarədir.

Yaxud jurnalistikada və siyasətdə yerində olmayan birisinin yersiz öztərifinə xəfif bir təbəssümlə "biz sizlərdən öyrənirik" deməsi Qulu Məhərrəmlinin təkcə söz (məqamında deyilmiş) ustadı olduğuna dəlalət etmir, həm də bu xalqın mənəvi varlığına işıq salan satira və yumora bağlılığını göstərir.    

Xalq arasında belə bir deyim var ki, xanım kişinin önündə gedəndə 01, onun arxasında olanda isə 10 rəqəmi ifadə olunur. Məşhur deyimin özünü doğrultmadığı məqamlar da olur və o təsəvvür yaranmasın ki, bu, hansısa qanunauyğunluğa və ya milli adət-ənənəyə ziddir. Məhərrəmlilər ailəsi bu nizamı yarım əsrə yaxındır ki, qarşılıqlı hörmət və ehtiram, bir-birini anlamaq və dəyər vermək, ailə-məişət, övlad-nəvə böyütmək məsələlərində həmrəylik nümayiş etdirmək əsasında tənzimləyirlər. Həm də sübut edirlər ki, həyatın keşməkeşli yollarında gender amilinə fərq qoymadan yanaşı addımlamaq fərdi müsbət keyfiyyətləri daha çox stimullaşdırır, xüsusilə yaradıcı insanların qarşısında geniş üfüqlər açır, tərəflərə bölmədən və bölünmədən bir-birini tamamlayan cütlüyə yeni-yeni uğurlar gətirir. Qəhrəmanlarım olan bu ailənin timsalı həm də Azərbaycan ailəsinin nümunəvi təcəssümüdür ki, həyatda və ümumən tarixdə az hallarda baş verir.

...Əməkdar jurnalist Zemfira Məhərrəmli soyadı mətbu yazıları ilə ilk diqqətimi cəlb etsə də, bu xanımın mühüm dövlət qurumunda zərif çiyinlərini böyük bir məsuliyyətin altına verdiyi vaxtlardan tanışlığımız baş tutub. Əlbəttə, Zemfira Məhərrəmli imzası bu gün təkcə Azərbaycan dilli oxucunun deyil, bir neçə yaxın və uzaq dillərdə danışan nəsr həvəskarlarının maraq dairəsinə düşə bilibsə, bunu yanız milli ədəbiyyatımız naminə alqışlamaq lazımdır. Az-çox ədəbiyyatdan xəbəri olan oxucu kimi zəruri bədii nümunələrin tərcüməsini bütün dövrlər üçün, xüsusilə də müasir zaman üçün təqdirəlayiq hesab edirəm. Çünki 30 il informasiya blokadası, dünyanın bizə tərəf qulağının kar olduğu müddətdə ən yaxşı təbliğat forması məhz bədii əsərlər ola bilərdi ki, bunu istedadı və qələminin gücü ilə edən nasirlərimizdən biri də məhz Zemfira Məhərrəmli oldu.

Müstəqilliyimizin xaoslu ilk illərini yəqin ki, hələ də xatırlayanlar az deyil. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra da bu xaosda marağı olanların tör-töküntüləri qalmışdı və onlar xaricdən züy tutanların dəstəyi ilə ölkədə hərc-mərclik yaratmaq meylindən əl çəkmək istəmirdilər. Belə bir zamanda əksər strukturlarda saxta mətbuat işçilərinin (bilərəkdən jurnalist yazmıram - M.C.) sorğularını cavablandırmaq, sanki müstəqilliyi təkbaşına qazanmış kimi iddialı vətəndaşın özü də anlamadığı mətləb barədə izahedici söhbət aparmaq, dövləti, milləti özünə borclu sayanın "borcunu qaytarmaq" və s... bu kimi qeyri-standart vəzifələr dururdu. O gərgin zamanlarda yeni addımlarını atan müstəqil respublikamızın çoxluğun hələ nələr baş verdiyini anlamadığı ictimaiyyətlə əlaqəsini ən yaxşı quran mühüm dövlət qurumlarından biri də məhz Ombudsman aparatı idi ki, bu iş də Zemfira Məhərrəmlinin zəif və zərif çiyinlərinə düşürdü. İlk növbədə, savadı və bacarığı, səmimiliyi, insanlarla gözəl ünsiyyət yaratmaq məharəti və sözsüz ki, məlahətli, rəvan səsi bu çətin işində Zemfira xanıma yardımçı olurdu. Asan gəlməsin, bütün dünyanın diqqətinin Azərbaycanda cəmləşdiyi bir zamanda bunca ciddi dövlət strukturunun adi bir press-relizi, bu və ya digər hadisə barədə açıqlaması və ya kiçik bir tədbirin keçirilməsi xeyli məsuliyyət, güc və enerji tələb edirdi. Bütün hallarda qazanılan uğurlarda qələm dostumuzun yetərincə payı da var idi, bunu danmaq mümkün deyil. 

Z.Məhərrəmli elə o ağır vəzifələri yerinə yetirə-yetirə istedadının işığında parlayan bədii nümunələr yaratmaq şansını da bada vermədi. Oxuduğum bütün əsərləri, publisistik yazıları, tamaşaçı alqışı qazanmış dram əsəri barədə fikir yürüdüb oxucuları yormaq meylindən uzaq duraraq Zemfira Məhərrəmlini Qarabağ müharibəsində şücaətlər göstərmiş qadın qəhrəmanlarımızın salnaməçisi adlandırardım. Onun qələmindən çıxan əsərlər ilk növbədə Azərbaycan xanımının, həm də qeyrətli oğullarımızın, belə övladları yetirən xalqın tipik obrazını özündə əks etdirir; - sadəliyi, danışıq və davranış tərzi, milli adət-ənənələrə sadiqliyi, ailə qayğıkeşliyi, yeri gələndə ictimai fəallığı, hətta döyüşkənliyi və mübarizliyi ilə! Çünki Zemfira xanım o qəhrəmanlarının timsalında özünü də yazır, milli ləyaqətli xanım, qayğıkeş ana kimi hiss və duyğularını sözə düzür, qələmi, istedadı ilə döyüşür və qalib gəlir: qalibləri isə mühakimə etmirlər!

...Tanrıdan ucalan səsləri ilə işıqlı həyata göz açdılar, səslərinin  həlim, rəvan çalarlarında var-gəl edərək sözün yolçusuna çevrildilər, istedadlarının işığında xalqın minilliklər tarixindən, milli-mənəvi dəyərlərindən, ana dilimizin incəliklərindən süzülüb gələn şəkər, bal, duz qatdılar düz sözə! Yaradıcılıq təravəti heç vaxt solmayacaq, çağdaş ictimai fikrimizə, elmimizə, ədəbiyyatımıza verdikləri töhfələr getdikcə daha dərindən dərk ediləcək QOŞA BUDAĞa döndülər, pöhrələndilər, şaxələndilər!

Yetmişə yetdiyiniz günlər, aylar, illər mübarək, bütün qələm sahiblərimizin dəyərli söz ustadları; - Qulu və Zemfira Məhərrəmli!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see245

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see238

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see236

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see233

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see177

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see173

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see148

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see147

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see136

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see128

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see125

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see121

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri