Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İdman jurnalistikamızın qoşa yazarı

İdman jurnalistikamızın qoşa yazarı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Mirpaşa Miriyev – Aqşin Kazımzadə tandemi çiyin-çiyinə çalışırdı

Şanlı tarix – Azərbaycan milli mətbuatının 150 illik yubileyi ərəfəsində diqqətinizə çatdırdığımız foto çox mənalı və məzmunlu bir xatirədir. Fotoda idman jurnalistikamızda dərin iz buraxmış Mirpaşa Miriyev (solda) – Aqşin Kazımzadə tandemi əks olunub.

Ötən əsrin ikinci yarısında uzun illər ərzində “Azərbaycan bədən tərbiyəçisi” – “Fizkulturnik Azerbaydjana”, sonralar isə “İdman” – “Sport” adlanan qəzetlərə birlikdə rəhbərlik etmiş bu iki Əməkdar jurnalist – redaktor və onun müavini daim çiyin-çiyinə işləyərək, qibtəediləcək yaradıcılıq uğurları ilə yadda qalmışlar. Onlardan birincisi idman tariximizdə rekordçu redaktor kimi yaşayır, digəri isə, sözün əsl mənasında, onun sağ əli idi.

Mənə də 1968-ci il iyulun 1-dən etibarən Mirpaşa müəllimlə 87-ci ilədək, A.Kazımzadə ilə də 93-dək birlikdə işləmək, yaxından ünsiyyətdə olmaq, onların yaradıcılığından bəhrələnmək xoşbəxtliyi nəsib olmuşdu. Heyrətamiz dərəcədə maraqlı, güclü tandem idi. Redaktorun mükəmməl təşkilatçılıq bacarığı, səmimiyyəti və hər kəsə qayğıkeşliyi, redaktor müavininin isə respublikanın və dünyanın bir an belə dayanmayan idman həyatında baş verən hadisələri diqqət mərkəzində saxlayıb, operativ yazılarla işıqlandırmaq əzmi bu tandemin başlıca üstünlüyü idi.

M.Miriyev və A.Kazımzadə Azərbaycan idman mətbuatında çox nümunəvi, uzun və şərəfli bir yol keçmiş, idmanımızın daha da təbliğinə və inkişafına öz töhfələrini vermişlər. Mirpaşa müəllimin 37 il – 1950-ci ildən 1987-ci ilədək qəzetə rəhbərlik edib, bu göstəriciyə görə qeyri-rəsmi rekord müəyyənləşdirməsi çox şeyə sübutdur. Bu illər ərzində o, jurnalistika ilə yanaşı, idman meydanlarında da tanınmış insanlarla sıx əməkdaşlıq şəraitində çalışıb, gur vaxtlarında tirajı 120 min nüsxəyə çatan qəzeti yeniyetmələrdən tutmuş yaşlı insanlara, bir neçə nəslin nümayəndələrinədək hamıya sevdirmişdi.

Miriyev kimi, həyatı, onunla da birlikdə mətbuatı yüksək nüfuzla tərk etmiş, 5 Olimpiya oyunlarının, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının birbaşa hadisə yerində şahidi olmuş Kazımzadə də “İdman” – “Sport”da redaktoru ilə birlikdə mübariz bir heyət yaradaraq, ciddi uğurların şahidi olmuşdu.

Çox vacib məqamdır ki, qəzetin rəhbərliyi redaksiyaya işçilər qəbul edərkən yaxşı yazmağı bacarmaqla yanaşı, idmanın ayrı-ayrı növlərinin incəliklərinə bələd olan mütəxəssislərə xüsusi diqqət yetirirdi. Onların öz sıralarına cəlb etdikləri əməkdaşlar arasında idman ustaları və ustalığa namizədlər, ümumittifaq və respublika dərəcəli hakimlər, qrossmeysterlər də az deyildi. Belələrinin hazırladıqları materiallar daha səriştəli, daha dolğun olub günün tələblərinə tam cavab verirdi. Oxucu da məhz buna görə işgüzar kollektivə rəğbətini əsirgəmirdi.

Redaktorla müavininin birgə səyi ilə “İdman” – “Sport”da çox mübariz bir komanda formalaşmışdı. İdman dairələrində heç kim kollektivin gördüyü böyük işlərə biganə deyildi.

Bu gün də adları Azərbaycan idman mətbuatının baniləri sırasında hörmətlə çəkilən, o vaxtlar yüksək peşəkar fəaliyyətləri heç kimdə şəkk- şübhə doğurmayan M.Miriyev 2007-ci ildə 87 yaşında, A.Kazımzadə isə 2011-ci ildə ömrünün 74-cü ilində əbədiyyətə qovuşmuşlar. Hər ikisi də iyun ayında. Üstəlik də, Aqşin müəllim irili-xırdalı minlərlə yazı həsr etdiyi Azərbaycan futbolunun 100 illiyinin qeyd olunduğu günlərdə – iyunun 10-da.

Həqiqətən, unudulmaz tandem idi…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:420
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 İyun 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri