Icma.az
close
up
RU
Menu

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qoxuları qiymətləndir, 2 min avro qazan qeyri adi iş elanı

Qoxuları qiymətləndir, 2 min avro qazan qeyri adi iş elanı

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Finlandiyada turizm qurumu adaları gəzərək dəniz havasının, şam meşələrinin, saunaların və təzə çörəyin qoxusunu qiymətləndirəcək işçi axtarır. Seçilən şəxsə 5-7 günlük iş üçün vergilər tutulmazdan əvvəl 2 min avro ödəniləcək.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qeyri-adi vakansiyanı ölkənin cənub-qərbində yerləşən Turku adalarını tanıdan “Visit Turku Archipelago” turizm qurumu elan edib.

Qurum bu ərazinin “dünyanın ən gözəl qoxuyan turizm məkanı” olduğunu iddia edir. İndi isə həmin fikri müstəqil bir şəxsin təcrübəsi və qiymətləndirməsi ilə dəstəkləmək istəyir.

Yol və qalmaq xərcləri də ödəniləcək

Seçilən namizəd 2027-ci ilin may və ya iyun ayında Finlandiyaya gedərək təxminən bir həftə ərzində adaların müxtəlif yerlərini ziyarət edəcək.

Onun yol və qalmaq xərclərini turizm qurumu qarşılayacaq. İşçiyə qanunvericilikdə nəzərdə tutulan məzuniyyət ödənişi də veriləcək.

Tapşırıq yalnız qoxuları duyub təsvir etməkdən ibarət deyil. İşçi dəniz havasının, şam meşələrinin, sauna buxarının və təzə bişmiş çörəyin qoxusunun turistlər üçün niyə maraqlı olduğunu da izah etməlidir.

Səfəri foto və videolarla paylaşacaq

İşə qəbul olunan şəxs səyahətini foto və videolarla sənədləşdirəcək. Bu materiallardan qurumun sosial media hesablarında və digər tanıtım kanallarında istifadə oluna bilər.

Səfərin sonunda isə gördükləri, duyduğu qoxular və təəssüratları barədə hesabat hazırlamalıdır. Kampaniyanın məqsədi turistləri bölgənin mənzərələri ilə yanaşı, qoxularını da kəşf etməyə həvəsləndirməkdir.

Kimlər müraciət edə bilər?

Namizədlərdən qoxu mütəxəssisi olmaq və ya xüsusi təhsil tələb edilmir. Bununla belə, müraciət edən şəxslər ən azı 18 yaşında olmalı, yaxşı qoxubilmə qabiliyyətinə malik olmalı və kamera qarşısında özlərini rahat ifadə etməlidirlər.

Foto və video çəkmək üçün smartfon və ya uyğun avadanlığın olması da şərtdir.

Əsas tələblərdən biri namizədin həm müraciət zamanı, həm də 2027-ci ildəki iş dövründə Finlandiyada qanuni işləmək hüququna malik olmasıdır.

Müraciət üçün nə etmək lazımdır?

Namizədlər Instagram və ya TikTok-da qısa video paylaşmalıdırlar. Videoda özlərini təqdim etməli, seçdikləri bir əşyanı və ya məhsulu qoxulayaraq onun qoxusunu təsvir etməlidirlər.

Paylaşımda @saaristo_finland hesabı işarələnməli və #SaaristoNoseJob həştəqindən istifadə olunmalıdır. Video açıq hesabda yayımlanmalı, keçidi isə rəsmi müraciət formasına əlavə edilməlidir.

Müraciətlər 2026-cı il oktyabrın 25-dək qəbul olunur. Nəticələr barədə namizədlərə noyabrın 10-dək elektron poçtla məlumat veriləcək. Seçilən şəxsin adı isə noyabrın 17-də açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Oktyabr 2026 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see290

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see272

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see268

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see236

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see223

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see220

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see220

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see220

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see218

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see217

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see207

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see207

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see200

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see194

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see185

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see184

Gündə 50 qramdan çox təmiz etanol içmək demensiya riskini 29 faiz artırır

15 Noyabr 2026 20:52see181

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see178

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see174

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri