Icma.az
close
up
RU
Qrafinya Anna Divina Beatris: Leyla Əliyevanın əsərləri məni xüsusilə heyran etdi

Qrafinya Anna Divina Beatris: Leyla Əliyevanın əsərləri məni xüsusilə heyran etdi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Berlin, 15 oktyabr, AZƏRTAC

Mən də sənətkaram. Bavariyadakı özəl saraylarda restavrator işləyirəm. Buna görə də sərgilərdə iştirak etmişəm. Amma budəfəki sərgi fərqlidir, burada bir neçə rəssamın əsərləri nümayiş etdirilir.

Bunu Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində açılan “MAMA – Ana Təbiət” sərgisində iştirak edən bərpaçı rəssam, Bassano və Vayskirxenli Şlik zadəgan nəslindən olan qrafinya Anna Divina Beatris media nümayəndələrinə müsahibəsində söyləyib.

Sərgidə Leyla Əliyevanın əsərlərinə heyranlığını ifadə edən Anna Divina Beatris deyib: “Leyla Əliyevanın əsərləri məni xüsusilə heyran etdi. Onun əsərləri çox incə, uşaqlara xas sadəlik daşıyır. O, bütün heyvanları balaları ilə birlikdə təsvir edib. Düşünürəm ki, onun əsərləri əsasında uşaq kitabı hazırlamaq olar. Mən onun bütün əsərlərinin fotolarını çəkdim. Xüsusilə ağacı, onun əsərdə duruşunu və təsvirini çox bəyəndim”.

Sərginin qeyri-adi dərəcədə özünəməxsusluğu ilə seçildiyini xatırladan Anna Divina Beatris belə mötəbər sərginin ərsəyə gəlməsinin böyük zəhmət tələb etdiyini vurğulayıb: “Sərginin əsas mövzusu “Ana Təbiət”dir. Həqiqətən də bir çox rəsmlər təbiəti, təbiət hadisələrini təsvir edir. Biz təbiətə qarşı çox diqqətli olmalıyıq və bu mövzunu diqqətdə saxlamaq gözəl ideyadır”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri