Icma.az
close
up
RU
Qrenlandiya böhranı: Çin və Rusiya üçün fürsət pəncərəsi

Qrenlandiya böhranı: Çin və Rusiya üçün fürsət pəncərəsi

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ “Soyuq müharibə”ni qalib kimi başa vursa da, bu qələbəni qlobal miqyasda davamlı siyasi-sabit nizam – yəni “Pax Americana”ya  (Ameriak sülhü) çevirməkdə uğur qazana bilmədi. Vaşinqtonun liberal-demokratik dəyərlər, beynəlxalq hüquq və çoxtərəfli mexanizmlər üzərindən qurmağa çalışdığı dünya düzəni gözlənildiyi kimi işləmədi. Əksinə, son onilliklər göstərdi ki, bu model nə regional münaqişələrin qarşısını ala bildi, nə də ABŞ-ın hegemon mövqeyini uzunmüddətli şəkildə təmin etdi.

“Pax Americana”nı reallaşdırmaq üçün Ağ Ev dünyanın müxtəlif bölgələrində rəngli inqilablardan tutmuş hərbi müdaxilələrə, hibrid müharibələrdən planlaşdırılmış terror aktlarına qədər geniş alətlərdən istifadə etdi. Bu kontekstdə 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda baş verən “Qoşa Qüllələr”ə hücum da qlobal nizamın yenidən dizaynı üçün dönüş nöqtəsi kimi təqdim olundu. Lakin bütün bu addımlar ABŞ-ın arzuladığı tam nəzarətli və sabit dünya modelini yaratmadı.

Liberal qlobalizmdən sərt realizmə dönüş

Demokratlar və qlobalist dairələrdən fərqli olaraq, daha çox “müharibə partiyası” kimi tanınan Respublikaçılar Partiyası Donald Trampın timsalında ABŞ-ın xarici siyasət kursunu köklü şəkildə dəyişməyə başladı. Tramp administrasiyası “Reyqanomika”, “Ceksonizm”, MAGA (Make America Great Again) və “America First” kimi köhnə, lakin yenilənmiş doktrinaları əsas götürərək ABŞ-ın dünya jandarmı rolunu yenidən, lakin daha sərt və açıq güc siyasəti üzərindən bərpa etməyə çalışır.
Trampın birinci prezidentlik dövründə bu istiqamətdə atılan addımlar sistemli və nəticəli olmadı. Lakin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra MAGA və “America First” ideologiyası artıq planlı, mərhələli və qlobal miqyasda həyata keçirilir. Məqsəd ABŞ-ın yeni formalaşan dünya düzənində arbitr rolunu təmin etməkdir.

Qrenlandiya, Karib hövzəsi və qlobal planın konturları

Son günlər Karib hövzəsində baş verən proseslər, Qrenlandiya məsələsinin yenidən gündəmə gətirilməsi, Avropa İttifaqı ilə gərginliklər, Ukrayna müharibəsi, Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz, İran, Çin, Rusiya və Arktika ətrafında gedən proseslər vahid strateji xəttin tərkib hissəsidir. Vaşinqton bu bölgələrin hər birinə ayrıca deyil, qlobal geosiyasi balansın elementləri kimi yanaşır.
Venesueladan sonra Karib hövzəsində artan təzyiqlər və Qrenlandiya üzərində siyasi-hərbi nəzarət planları da bu strategiyanın davamıdır. ABŞ artıq beynəlxalq hüquqa deyil, açıq şəkildə gücün hüququna əsaslanır. Tarix göstərir ki, beynəlxalq münasibətlərdə hüquq çox vaxt gücün arxasında dayanır. Güclü olan qaydaları müəyyən edir. Bu gün də bu açıq şəkildə ortadadır.

Qrenlandiya: NATO üçün sınaq anı
Qrenlandiya məsələsi Vaşinqtonun bu yeni kursunun ən riskli və ən açıq nümunələrindən biridir. ABŞ Prezidentinin Baş Qərargah rəisinin müavini Stiven Millerin CNN-ə açıqlaması Ağ Evin mövqeyinin nə qədər ciddi olduğunu göstərir. Onun sözlərinə görə, Qrenlandiyanın ABŞ-a məxsus olması Tramp administrasiyasının əvvəldən rəsmi mövqeyi olub və bu məqsəddən geri dönüş nəzərdə tutulmur. Miller açıq şəkildə bildirib ki, Qrenlandiya uğrunda ABŞ-la heç bir ölkə hərbi münaqişəyə girməyəcək.
Danimarkanın Qrenlandiya üzərindəki suverenliyini sual altına alan bu yanaşma NATO daxilində presedentsiz böhran riski yaradır. Danimarkanın Baş naziri Mette Frederiksenin “ABŞ NATO üzvü olan başqa bir ölkəyə hücum edərsə, bu, NATO-nun sonu olar” bəyanatı vəziyyətin nə qədər kritik olduğunu göstərir.
“Politico” nəşrinin məlumatına görə, Tramp administrasiyası Qrenlandiya ilə bağlı planlarını yaxın aylarda reallaşdırmağı düşünür. Bu prosesin ABŞ-da aralıq seçkilər və 4 iyul-Amerika müstəqilliyinin 250 illiyi ərəfəsində baş verməsi ehtimal edilir ki, bu da məsələyə simvolik və daxili siyasi məna qazandırır.

Avropa parçalanması və mümkün ssenarilər
Qrenlandiya məsələsi ABŞ-la NATO və Avropa müttəfiqləri arasında ciddi çatlara səbəb ola bilər. Lakin eyni zamanda Avropada Trampın bu ideyasını açıq və ya gizli şəkildə dəstəkləyən siyasi qüvvələrin ortaya çıxması da istisna deyil. Avropanın daxilindəki parçalanma Vaşinqtonun əlini gücləndirən əsas amillərdən biridir.
Nəticə etibarilə, “Pax Americana”nın iflasından sonra dünya daha açıq, daha sərt və daha təhlükəli mərhələyə daxil olur. Qrenlandiya isə bu yeni dövrün ilk böyük geosiyasi sınaqlarından biri ola bilər.
 

ABŞ üçün risklər: Qrenlandiya faktoru kollektiv Qərbin parçalanmasına yol aça bilər
Vaşinqtonun gücün hüququna əsaslanan bu yeni kursu qısa və orta müddətdə ABŞ-a taktiki üstünlüklər versə də, strateji baxımdan ciddi risklər daşıyır. Xüsusilə Qrenlandiya məsələsində sərt mövqe ABŞ-ın öz müttəfiqlərinə qarşı təzyiq mexanizmlərini işə salması kimi qəbul edilir ki, bu da kollektiv Qərbin daxili birliyini sarsıdır.
Məhz bu nöqtədə proses ABŞ-ın əleyhinə işləyə bilər. Çin, Rusiya və digər Qərb-dən kənar güclər yaranan ziddiyyətləri diqqətlə izləyir və onları dərinləşdirmək üçün əlverişli imkanlar əldə edir. Vaşinqtonun müttəfiqlərinə qarşı ultimativ ritorikası Pekin və Moskva üçün ideoloji və diplomatik fürsət pəncərəsi yaradır.

Çin bu prosesi “beynəlxalq hüququn pozulması” və “suverenlik prinsiplərinə hörmətsizlik” kontekstində qabardaraq Avropa ictimai rəyinə təsir göstərməyə çalışa bilər. Rusiya isə NATO daxilində etimadsızlığı artırmaq, xüsusilə Avropanın şimal və mərkəzi hissəsində təhlükəsizlik dilemmasını dərinləşdirmək üçün bu mövzudan istifadə edə bilər. Hər iki aktor üçün əsas məqsəd ABŞ-ın liderliyini zəiflətmək və kollektiv Qərbin vahid mövqedən çıxış etməsinin qarşısını almaqdır.

Daha təhlükəli məqam isə odur ki, Çin və Rusiya bu strategiyanı açıq qarşıdurma yolu ilə deyil, Avropa daxilində müəyyən siyasi qüvvələrə, iqtisadi maraq qruplarına və anti-amerikan ritorikalı dairələrə dolayı dəstək verməklə həyata keçirə bilər. Bu isə kollektiv Qərbin faktiki olaraq daxildən parçalanmasına gətirib çıxara bilər.
Beləliklə, Qrenlandiya məsələsi təkcə ABŞ-Danimarka və ya ABŞ-NATO gərginliyi deyil. Bu, qlobal güc balansında dönüş nöqtəsi ola biləcək bir prosesdir. Əgər Vaşinqton müttəfiqlərinin maraqlarını və həssaslıqlarını nəzərə almadan güc siyasətini davam etdirərsə, “America First” strategiyası paradoksal şəkildə “America Alone” (Yalnız Amerika) reallığına çevrilə bilər.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri