Everton un Cek Qriliş planı
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını "Everton"da davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərliyi ingiltərəli futbolçunu növbəti mövsüm üçün komandada saxlamaq niyyətindədir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Lakin klub oyunçunun təxminən 57,5 milyon avro dəyərində satınalma məbləğini ödəmək imkanına malik deyil. Bu səbəbdən "Everton" "Mançester Siti" ilə icarə müqaviləsinin uzadılması üçün danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində icarəyə götürüb. 30 yaşlı vinger komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 03 Aprel 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















