Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Qruplarda boş qalan plan yerləri BUNLARDIR

Qruplarda boş qalan plan yerləri BUNLARDIR

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Hər il olduğu kimi bu ildə minlərlə abituriyet tələbə adını qazandı.

Bir çox abituriyent istədiyi ixtisasa qəbul olsa da, bəzi ixtisaslarda və universitetlərdə yenə də boş yerlər qalıb.

Bəs bu il ən çox qəbul ola bilməyən abituriyentlər hansı ixtisas qrupundandır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən təhsil sahəsi üzrə mütəxəssis Samir Azimsoy bildirdi ki, bu il 57 mindən çox abituriyent qəbul olub, yüzlərlə plan yeri isə boş qalıb:

“Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı rəsmi məlumata əsasən, 2025/2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümumilikdə 88 758 abituriyent iştirak edib.

Onlardan 57 236 nəfər tələb olunan balı toplayaraq ali məktəblərə qəbul olunub. Lakin 31 522 abituriyent müsabiqə şərtlərini ödəyə bilmədiyi üçün tələbə adını qazana bilməyib.

DİM-in "Abituriyentlər ixtisas seçimi zamanı nələrə diqqət yetirməlidir?" kitabçasınada vacib məqamlar qeyd olunmuşdur. 

Statistik məlumatlara nəzər saldıqda, bəzi ixtisas qruplarında plan yerlərinin tam dolmadığı müşahidə olunur.

Məsələn, I ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 20 385 olsa da, qəbul olunanların sayı 18 432 nəfər təşkil edib. Bu isə o deməkdir ki, 1 953 yer boş qalıb, onların da 893-ü dövlət sifarişi ilə ayrılmış yerlərdir. II ixtisas qrupunda 14 935 plan yeri ayrılmışdı. Onlardan 14 542 yeri abituriyentlər tutub, nəticədə 393 yer boş qalıb. Qeyd etmək lazımdır ki, bu boş yerlərin hamısı ödənişlidir, yəni dövlət sifarişli yerlər tamamilə dolub”.

Onun sözlərinə görə, ikinci seçim mərhələsində ən çox şans I və IV qruplardadır:

“III ixtisas qrupunda, hansı ki, bu il abituriyentlərin ən çox narahatlıq keçirdiyi qrupdur, ümumilikdə 15 583 plan yeri ayrılmışdı.
Onlardan 15 340 yer dolub, 243 yer isə boş qalıb. Bu boş yerlərin hər biri yalnız ödənişli əsasladır.

IV ixtisas qrupunda 4 732 plan yeri ayrılıb. 4 507 yer dolub, 225 yer isə boş qalıb. Bu qrupda da abituriyentlərin ümumi sayı nisbətən az olduğundan, ikinci seçim mərhələsində iştirak edənlər üçün daha geniş seçim imkanı mövcuddur.

V ixtisas qrupunda isə 289 yer boş qalıb və bunların 67-si dövlət sifarişli yerlərdir. Bu, o deməkdir ki, dövlət hesabına təhsil almaq üçün hələ də müəyyən qədər imkan var.

Statistikaya əsasən, ikinci seçim mərhələsində iştirak edəcək abituriyentlər üçün ən çox şans I ixtisas qrupunda olanlardadır. Bu qrupda ali məktəblərə qəbul ola bilməyən, lakin müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayı çoxdur. Eyni zamanda, IV ixtisas qrupunda abituriyentlərin sayı az olduğuna görə seçim imkanları da genişdir”. 

Ekspert qeyd edib ki, bu il ən çox qəbul ola bilməyən abituriyentlər III ixtisas qrupundandır:

“Hazırda statistik məlumatlara əsasən, I ixtisas qrupunda 1 785 nəfər abituriyent sənəd versə də, qəbul ola bilməyib. II ixtisas qrupunda bu göstərici 1 642 nəfərdir. IV ixtisas qrupunda isə 1 081 nəfər ali məktəblərə qəbul imtahanında iştirak etsə də, tələbə adını qazana bilməyib. Bu üç qrup üzrə ümumilikdə 4 508 nəfər abituriyent sənəd təqdim edib, lakin nəticədə qəbul olmayıb.

Lakin təkcə III ixtisas qrupunda 5 762 nəfər abituriyent sənəd versə də, ali məktəbə qəbul ola bilməyib. Bu isə o deməkdir ki, yalnız III ixtisas qrupunda qəbul ola bilməyənlərin sayı, digər üç qrupun cəmi göstəricisindən də çoxdur.

Bu fakt onu göstərir ki, 2025-ci il qəbul kampaniyasında ən çox kəsilən abituriyentlər məhz III ixtisas qrupunda olub. Hətta bu say, digər üç qrupda qəbul ola bilməyənlərin cəmindən daha çoxdur”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: plan yerlər Samir Azimsoy

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Avqust 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri