Icma.az
close
up
RU
Quba almasının gələcəyi sual altındadır Fermerlər ziyana düşür

Quba almasının gələcəyi sual altındadır Fermerlər ziyana düşür

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Quba uzun illər Azərbaycanın əsas alma yetişdirilən bölgələrindən biri kimi tanınıb. Lakin son beş ildə rayonda alma bağlarının sahəsi təxminən yarıbayarı azalıb. Bu il isə yağıntılı və rütubətli hava şəraitinin yaratdığı xəstəliklər fermerlərin vəziyyətini daha da çətinləşdirib. Artan istehsal xərcləri və məhsul itkisi bölgədə alma istehsalının gələcəyi ilə bağlı suallar yaradıb.

Fermer Elşad Rüstəmovun sözlərinə görə, 1,5 hektar sahəsi olan alma bağında əvvəlki illərdə adətən 5-6 dəfə dərmanlama aparıldığı halda, bu il həmin göstərici 15-ə çatıb. Buna baxmayaraq, təsərrüfatın gəlirini qorumaq mümkün olmayıb: “Ötən illərdə alma bağından 8-10 min manat gəlir götürürdük. Bu il isə heç qoyduğumuz mayanı da çıxara bilmədik. Dərmanın və fəhlələrin pulunu, digər xərcləri hesablasaq, 5-6 min manat ziyandayıq. Növbəti ildə də vəziyyət dəyişməsə, ənənəvi Quba alması artıq tarixə qovuşacaq”.

Digər fermer Teymur Seyfullayev də məhsuldarlığın kəskin azaldığını deyir. Onun sözlərinə görə, təxminən 1,5 hektar sahəsi olan bağda əvvəlki illərdə 16 ton alma yığıldığı halda, bu il məhsul cəmi 6 ton təşkil edib. Fermer bildirir ki, yığım əvvəlki illərlə müqayisədə daha qısa müddətdə başa çatıb. Məhsulun kiloqramının maksimum 70 qəpiyə alındığını deyən T.Seyfullayev təsərrüfatının 7-8 min manat zərər etdiyini hesablayır.

Dəmgil xəstəliyinin inkişafı üçün əlverişli mühit yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Qubada yağıntılı və yüksək rütubətli hava şəraiti alma bağlarında dəmgil xəstəliyinin inkişafı üçün əlverişli mühit yaradıb. Xüsusilə 2026-cı ilin yaz aylarında çiçəkləmə və ilkin meyvə əmələgəlmə dövründə yağıntıların davam etməsi xəstəliklə mübarizəni çətinləşdirib. Nazirlikdən bildirilib ki, rayonda təxminən 4 500 hektar alma bağında müxtəlif dərəcələrdə yoluxma qeydə alınıb. Qurumun açıqlamasında vurğulanıb ki, xəstəlik meyvələrin əmtəəlik görünüşünə, keyfiyyətinə və saxlanma qabiliyyətinə mənfi təsir göstərə bilər. Bununla belə, yoluxma həmin sahələrdə mütləq məhsul itkisi baş verməsi demək deyil. İtkinin səviyyəsi xəstəliyin yayılma dərəcəsindən və mübarizə tədbirlərinin səmərəliliyindən asılıdır. Nazirlik fermerlərə xəstəlik əlamətlərini izləməyi, yoluxmuş yarpaq və meyvələri bağdan kənarlaşdırmağı, ağacların çətirlərini düzgün formalaşdıraraq havalanmanı yaxşılaşdırmağı tövsiyə edir. Qurumun bildirdiyinə görə, dərmanlama sayının artırılması hər zaman daha səmərəli nəticə vermir; preparatın düzgün seçilməsi, vaxtında və müəyyən edilmiş dozada tətbiqi əsas şərtlərdir.

“Beş ildə alma bağlarının sahəsi 47,6 faiz azalıb”

Nazirliyin məlumatına əsasən, son beş ildə Quba rayonunda alma bağlarının ümumi sahəsi 2021-ci ildəki 13 518 hektardan 2025-ci ildə 7 077 hektara qədər azalıb. Bu, təxminən 47,6 faizlik azalma deməkdir. Səbəblər arasında iqtisadi istismar müddətini başa vurmuş köhnə bağların dövriyyədən çıxarılması və bəzi ərazilərdə gilas, şaftalı, nektarin kimi digər meyvə növlərinə üstünlük verilməsi göstərilir. Bununla yanaşı, 2021-2025-ci illərdə rayonda 7 575 hektar yeni meyvə bağı salınıb. Həmin sahələrin 4 736 hektarı gilas, 1 312 hektarı şaftalı-nektarin, 1 527 hektarı isə digər meyvə bağlarının payına düşür. Yəni bu rəqəmlər yeni alma bağlarını deyil, ümumilikdə meyvə bağlarını əhatə edir. Nazirlik köhnəlmiş alma bağlarının mərhələli yenilənməsini, yerli şəraitə uyğun, məhsuldar və xəstəliklərə davamlı sortların seçilməsini vacib hesab edir. Qurumun qiymətləndirməsinə görə, düzgün aqrotexniki tədbirlər görülən ənənəvi bağlarda hektardan 25-30 ton, superintensiv bağlarda isə 50 ton və daha çox məhsul əldə etmək mümkündür.

Nazirlik fermerlərin istehsal risklərinin azaldılması üçün aqrar sığorta və subsidiya mexanizmlərinin tətbiq olunduğunu da bildirib. Aqrar Sığorta Fondunun məlumatına əsasən, 2026-cı ilədək ölkə üzrə alma və ting sahələrindən ümumilikdə 705,91 hektar ərazi sığortalanıb. Bu sahələr üzrə sığorta məbləği 11 743 374,99 manat təşkil edib. Bundan başqa, müəyyən edilmiş tələblərə cavab verən superintensiv alma bağlarının salınmasına hər hektar üçün 11 000 manat əkin subsidiyası nəzərdə tutulur.

“Problem təkcə məhsul itkisi deyil”

İqtisadçı Asif İbrahimlinin sözlərinə görə, Qubada almaçılıqla məşğul olan fermerlərin çətinlikləri yalnız builki hava şəraiti və xəstəliklərlə bağlı deyil. Onun fikrincə, artan istehsal xərcləri, məhsul itkisi və satış imkanlarının məhdudluğu fermerlərin gəlirlərinə eyni vaxtda təsir göstərir: “Bu vəziyyət xüsusilə maliyyə ehtiyatları məhdud olan kiçik və orta fermerlərin növbəti mövsümə hazırlaşmaq imkanlarını zəiflədir”.

İqtisadçı hesab edir ki, almaçılığın vəziyyətini yalnız məhsuldarlıq göstəricisi ilə qiymətləndirmək düzgün deyil. Məhsulun yığılması, çeşidlənməsi, saxlanılması, qablaşdırılması və satışını əhatə edən bütün iqtisadi zəncir nəzərə alınmalıdır: “Məhsulun böyük hissəsinin eyni mövsümdə bazara çıxarılması təklifi artıraraq qiymətlərə təzyiq yaradır, saxlama imkanlarının məhdudluğu isə fermeri məhsulu yığımdan dərhal sonra satmağa məcbur edir. Fermerlərdən aldığımız məlumatlara görə, bazar satış qiyməti ilə emal müəssisələrinin qəbul qiyməti arasında ciddi fərq var. Fermer istehsal risklərini və xərclərini öz üzərinə götürür, lakin məhsulun satışından əldə olunan gəlirin formalaşmasında kifayət qədər üstün mövqeyə malik deyil”.

“Bağların ləğvi bölgənin istehsal potensialını zəiflədir”

A. İbrahimli kiçik fermerlərin iri alıcıların tələblərinə uyğun həcmdə və standartlarda məhsul təqdim etməkdə çətinlik çəkdiyini də vurğulayır: “Müasir ticarət şəbəkələri eyni ölçüdə və rəngdə, çeşidlənmiş, qablaşdırılmış, eləcə də fasiləsiz təmin edilən məhsul tələb edir. İdxal almaları bəzi hallarda bu standartlara daha uyğun təqdim olunduğundan yerli məhsulla rəqabətdə üstünlük qazana bilir. Quba almasının təzə olması və istehlakçıya yaxınlığı üstünlükdür, lakin bu üstünlüklərin iqtisadi nəticəyə çevrilməsi üçün keyfiyyət sabitliyi, çeşidləmə və qablaşdırma standartları, eləcə də satış kanalları inkişaf etdirilməlidir”.

İqtisadçının fikrincə, bölgədə kompleks aqrologistika infrastrukturu yaratmaq lazımdır. Bu prosesdə kooperasiya modelinin də əhəmiyyətli rol oynaya biləcəyini bildirən ekspert qeyd edir ki, ayrı-ayrılıqda 2-3 hektar bağa sahib olan fermerlərin hər birinin öz çeşidləmə və qablaşdırma müəssisəsini yaratması iqtisadi baxımdan səmərəli deyil. Bir neçə fermerin məhsulunu vahid mərkəzdə toplamaq xidmətlərin maya dəyərini azalda bilər.

İqtisadçı Quba almaçılığının gələcəyini qorumaq üçün xəstəliklərə davamlı sortların yetişdirilməsini, fermerlərə aqronom dəstəyin göstərilməsini, sığortanın əlçatanlığının artırılmasını və müasir saxlama-çeşidləmə mərkəzlərinin yaradılmasını vacib sayır. Ekspertin fikrincə, Quba almasının vahid brend altında təqdim edilməsi və məhsulun iri ticarət şəbəkələri, emal müəssisələri və ixracatçılarla birbaşa müqavilələr əsasında satış imkanlarının genişləndirilməsi də sahənin rəqabət qabiliyyətini artıra bilər.

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri