Icma.az
close
up
RU
Məsciddə dediyi sözlərə görə aktrisa barəsində araşdırma başladıldı

Məsciddə dediyi sözlərə görə aktrisa barəsində araşdırma başladıldı

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Türkiyəli aktrisa Çiğdem Batur barəsində İstanbul Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb.

Axşam.az xəbər verir ki, buna səbəb aktrisanın İstanbulun tarixi məkanlarından olan Sultan Əhməd məscidində çəkdiyi videoda səsləndirdiyi fikirlər olub.

Batur məscidi ziyarət edərkən içəridəki ayaq qoxusundan narahat olduğunu bildirərək məsul şəxslərə müraciət edib. Aktrisanın "Məsul şəxslər, buradakı ayaq qoxusuna bir çarə tapın. Bütün dünyaya rüsvay oluruq. Qoxudan başım fırlandı" sözləri sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.

İstanbul Baş Prokurorluğu Çiğdem Baturun paylaşımında işlətdiyi ifadələri araşdırmaya götürüb. Aktrisa barəsində Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsində nəzərdə tutulan "Xalqın bir hissəsini və dini dəyərləri açıq şəkildə alçaltma" ittihamı ilə istintaq başladılıb.

Prokurorluğun qiymətləndirməsinə əsasən, sözügedən ifadələr ibadət edən şəxsləri alçaldıcı xarakter daşıya və dini dəyərlərin nüfuzuna xələl gətirə bilər.

Müzakirələrdən sonra aktrisa açıqlama yayımlayaraq məqsədinin hər hansı dini inancı, ibadət edən insanları və ya müqəddəs məkanı hədəfə almaq olmadığını deyib:

"Diqqət çəkmək istədiyim məsələ həm ibadət, həm də turistik məqsədlə ziyarət edilən tarixi məkandakı gigiyena və havalandırma problemi idi. Sultan Əhməd məscidi və Ayasofya yalnız bizim tarixi və mədəni irsimizin deyil, Türkiyənin dünyaya açılan ən mühüm simvollarındandır. Videoda bu qiymətli məkanları ziyarət edən yerli və xarici turistlərin ölkəmizdən hansı təəssüratla ayrıldıqları ilə bağlı narahatlığımı ifadə etmək istədim".

Qeyd edək ki, Çiğdem "Kurtlar Vadisi Pusu" serialında canlandırdığı Savcı Leyla obrazı ilə tanınıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri