Qubada elektrik xətləri vətəndaşı “boğaza yığıb”
Icma.az bildirir, News24 saytına əsaslanaraq.
Quba rayonunun Zərdabi qəsəbə sakini illərdir həyətindən keçən elektrik naqillərinin yaratdığı təhlükə ilə üz-üzə yaşayır.
News24.az Shimal.News-a istinadən xəbər verən Fazil Əhmədov bildirir ki, qəsəbənin elektrik təsərrüfatı yenilənib. Həmin vaxt köhnə, üstü açıq naqillər müasir SİP kabellərlə əvəz olunub. Amma onun həyətindəki təhlükəli vəziyyət olduğu kimi qalıb.
“İzolyasiyasız naqillər küləkli günlərdə dəfələrlə bir-birinə toxunaraq qısaqapanma yaradır. Bu, hər an yanğınla nəticələnə bilər. Belə olan halda məsuliyyəti kim daşıyacaq?” – deyə sakin narazılığını bildirir.
Fazil Əhmədovun sözlərinə görə, o, bu barədə dəfələrlə “Azərişıq” ASC-nin “199 Çağrı Mərkəzi”nə müraciət etsə də, heç bir tədbir görülməyib.


