Qubada kişi geyiminə görə arvadını BOĞDU
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Qubada kişi arvadını döyüb.
Modern.az xəbər verir ki, hadisə rayonun Bəhrəli (keçmiş Timiryazev) kəndində qeydə alınıb.
Məlik Abbasov (şərti adla) yaşadıqları evdə gözəllik salonunda işləyən arvadına geyimi ilə bağlı irad bildirib. Bu iraddan sonra cütlük arasında mübahisə başlayıb. Mübahisənin böyüməsi zamanı əli ilə qadını boğub, əl və təpik zərbələri ilə vuraraq, xəsarətlər yetirib.
Bu əməlinə görə Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində deyib ki, 2004-cü ildə ailə qurublar. Gözəllik salonunda işləyən arvadı evə gələndə ona geyimi ilə bağlı irad bildirib. Zərərçəkənin sözlərinə görə, hadisə onların qızının yanında baş verib. Məhkəmə istintaqı zamanı zərərçəkən ərizə təqdim edərək, əri ilə barışdığını və ona qarşı şikayətçi olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və M. Abbasov zaldan sərbəst buraxılıb.
İlyas Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 Oktyabr 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















