Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Qobustanda kişi arvadını boğdu, peşiman oldu: Başımı sinəsinə qoyub... Şok

Qobustanda kişi arvadını boğdu, peşiman oldu: Başımı sinəsinə qoyub... Şok

Teleqraf.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qobustan rayonunda 1973-cü il təvəllüdlü Zahid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günayı (adla şərti verilib – red.) öldürüb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2 mart 2024-cü ildə baş verib.

Zahidlə 1982-ci il təvəllüdlü arvadı Günay arasında sözlə mübahisə yanıb. Mübahisə zamanı o, arvadını boğaraq öldürüb.

İstintaq orqanı Zahidin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zahid özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 7 sentyabr 2001-ci ildə öz istəyi ilə Günayla el adətiylə toyları olub, 27 sentyabr 2002-ci ildə aralarında rəsmi nikah bağlanıb: “Bu nikahdan bizim iki oğlumuz dünyaya gəldi. 1 avqust 2022-ci ildən Qobustan Rayon İcra Hakimiyyətinin yaşıllaşdırma idarəsində bağban işləməyə başladım. 2024-cü il yanvarın 1-dək orada fəhlə işlədim. Həmin ilin mayında isə mənimlə əmək müqaviləsinə xitam verildi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin fevralın 12-də təxminən saat 22-23 radələrində oğlu Talehi danladığı üçün arvadı Günay ondan küsərək atasından qalma, qardaşı Vəliyə məxsus evə gedib: “Uşaqlar - 2002-ci il təvəllüdlü Taleh və 2004-cü il təvəllüdlü Sərxan da analarıyla getdilər. Günay küsüb getdikdən sonra 3-4 gün onun qaldığı evə ayaq basmadım. Sonrakı günlərdə isə oraya getdim. Hətta orada yemək yeyib, çay içdim. Günay da oraya getməyimə etiraz etmədi”.

“Əməliyyat olunmalı olduğunu dedi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2 mart 2024-cü ildə təxminən saat 8 radələrində Günayın qaldığı evə gedib: "Sərxan yatmışdı. Günayla evimizə qayıtması üçün təxminən 10-15 dəqiqə söhbət etdim. Onun qayıtmağa könlü olsa da, oğlumu danladığım üçün küsdüyündən mənimlə gəlmədi.

Mən oradan çıxaraq tək evimizə döndüm. Günay atası evində qaldığı zaman həkimə getmişdim. Həkim arvadımın ödündən əməliyyat olunmalı olduğunu demişdi. Mən Günayın yanına gedəndə maaş kartını da ona apardım ki, adıma kredit götürüb, əməliyyat olunar. Bu məsələ ilə əlaqədar Günayla söhbət etmək üçün təxminən saat 10 radələrində yenidən onun yanına getdim. Darvazanın bağlı olduğunu görəndə hasarın üstündən həyətə keçdim.

Həyətdə evə tərəf getdim, qapını döydüm. Günay “kimdi?” deyə soruşdu. Mən də ona gəldiyimi dedim”.

“Bildirdi ki, ikinizin arasında qalmışam”

Təqsirləndirilən şəxs qeyd edib ki, Günayla onun əməliyyatı olunması ilə bağlı söhbət ediblər: “Oğlum Sərxanın içəri otaqlardan birində yatdığını düşündüm. Hava soyuq olduğu üçün Günaydan çay istədim. O, mətbəxə keçərək çay dəmləyib gətirdi və qonaq otağındakı stolun üzərinə qoydu. Günaya tək qala bilmədyimi dedim. O da bildirdi ki, ikinizin arasında qalmışam, neyləyim, gedib özümü öldürüm? “Taleh gələr, ona da başa salaram” dedim.

Bu söhbətdən əsəbiləşdim, divanda oturaraq, sonra ayaq üstə, daha sonra qaz sobasının yanında dayanıb danışdıq. Həmin gün həftənin 6-cı günüydü. Ümumiyyətlə, hər həftənin 6-cı günü Günay bacısıgilə gedərək orada yuyunub gəlirdi.

Söhbət əsnasında Günay bacısıgilə getməyə hazırlaşdı. Onun başında şərf də vardı. Günayın qaldığı evə piyada yolla gələndə Qobustan şəhərində onların evinə gedən yolun kənarından ağ rəngli sintetik ip tapıb cibimə qoymuşdum. İpi Günayla yaşadığımız evdə olan üzüm ağaclarını bağlamaq üçün götürmüşdüm. Çünki tənəkləri hər il bağlamasaq, üzümlər yerə tökülüb heyf olur. Tapdığım sintetik ipin ucları bir-birinə düyünlüydü”.

“Arvadımı öldürdükdən sonra...”

Zahidin ifadəsinə görə, Günay evə qayıtmadığı üçün daha da əsəbiləşib və aralarında mübahisə yaranıb: “Mübahisə zamanı “boğ məni, canımı qurtar” dedi. Həmin vaxt əsəbi vəziyyətdəydim. Dəfələrlə mənimlə evimizə qayıtmasını xahiş etsəm də, Günay razılaşmadı.

İp gödəkçəmin cibindəydi. Gödəkçəmi soyunub oturacaq stulunun üzərinə qoymuşdum. Əsəbiləşdiyim üçün gödəkçəmin cibindən ipi götürdüm və Günayın yan tərəfdən boğaz nahiyəsinə keçirdim, hər iki əlimlə dartıb onu boğdum. Mən ayaq üstə, Günay isə xalçanın üzərinə dizi üstə oturmuşdu.

Günay yerə uzanaraq xırıldamağa başladı. Günayı boğandan sonra onun yanından durub mətbəxə keçdım. Bıçağı götürüb geri qayıtdım. Daha yaşamaq istəmədiyimdən özümün boğaz nahiyəmdən bir neçə dəfə kəsdim. Daha sonra oğlum Sərxanı səslədim. Çünki elə bilmişım ki, Sərxan evdədir. Səsimə səs verən olmadı. Sərxanın evdə olmadığını başa düşdüm”.

“Arvadımın öldüyünü başa düşdüm”

Zahid qeyd edib ki, daha sonra Günayı boğmaq üçün istifadə etdiyi ipi də götürüb və mətbəxə su içməyə keçib: “İpi soyuducunun arxa tərəfinə atdım. İp qanlıydı, üzərinə mənim də qanım axmışdı.

Su içdikdən sonra mətbəx qapısının yaxınlığında boğazımın damarlarını aralamağa çalışdım. Günayın yanında oturaraq yenidən bıçaqla boğazıma xəsarət yetirdim. Daha sonra Günayın sinəsinə tərəf uzandım. Qarın nahiyəmdə sağ tərəfdən qara ciyərimə yaxın hissədə bıçaqla vurdum.

Evin içərisindəki otaqdanüzərində gül təsvirləri olan mələfə götürək Günayın üstünə örtdüm. Onun öldüyünü başa düşdüm”.

“Dedim ki, gəlinbacını boğmuşam”

Zahid bildirib ki, daha sonra istifadəsində olan mobil telefon ilə qardaşı oğlu Nərimana zəng edib: “Lakin zəngi tez sonlandırdım. Çünki konturum yox idi. Nəriman özü mənə zəng etdi. Bir dəfə səhvən zəngi açmadım. Təkrar zəng edəndə harada olduğunu soruşdum, “əmimgildəyəm” dedi. Dedim ki, qardaşım Səlim bilməsin, dializ xəstəsidir, gəlinbacını boğmuşam, özümü də bıçaqla vurmuşam.

Sonradan xatırladığıma görə, Nəriman mənə yenidən zəng edəndə, ona zarafat etdiyimi dedim. Çünki qardaşım Səlim xəstə olduğu üçün xəbəri eşidib, ona nəsə olacağından qorxdum.

Günayın başına bağladığı şərflə üzünü sildim. Əlimdə bıçaq həyətə çıxdım. Sonradan xatırladım ki, həyətdə olduğum zaman qardaşım Səlim mənə zəng edərək nə baş verdiyini soruşdu, “həqiqətən Günayı öldürmüşəm, hasardan tullanıb içəri girərsiniz” dedim. Çox keçmədən qardaşım oğulları Nəriman, Cəlil və qardaşım Səlim gəldilər.

Həyətdə özümə təkrar xəsarət yetirmək istəyəndə, Cəlal bıçağı əlimdən almaq istədi. Ancaq bıçağı vermədim, həyətdəki sahəyə atdım. Onlar evin içərisinə tərəf getdilər. Mən isə həyətə atdığım bıçağı götürərək sol biləyimdən vurdum ki, venam kəsilsin, ölüm.

Cəlal gəldi, əlimdən itələyərək bıçağı həyətə atdırdı. Bir müddət sonra təcili tibbi yardım avtomobili gəldi. Məni Qobustan rayon Mərkəzi Xəstəxanasına gətirdilər. Xəstəxanada əməliyyat olundum”.

“Müalicə almışam”

Təqsirləndirilən şəxs bildirib ki, Günayla mübahisəyə səbəb oğlu Talehi danlamağı olub: “Çünki mənim sözümə qulaq asmırdı. Günay da ikimizin arasında qalmışdı. Əvvəllər o, bir neçə dəfə məndən küsərək atası evinə getmişdi. Bir dəfə 2020-ci ildə Vətən müharibəsi vaxtı oğlum Taleh əsgərlikdə olanda, sonuncu dəfə isə 12 fevral 2024-cü ildə küsüb getmişdi.

Əvvəllər arvadım Günayla hər hansı münaqişə olmazdı. Sadəcə spirtli içki içməyimə görə mübahisələr edirdik. Mən bir böyrəyimi qardaşım Səlimə vermişəm. Sağ qolumda isə hərbi xidmətdə olduğum dövrdə dəmirə dəydiyi üçün xəsarət vardı. Bununla bağlı əməliyyat da olunmuşdum.

Təxminən 1995-1996-cı illərdə Mərkəzi Hərbi Hospitalda təxminən 2-3 ay qalıb müalicə alımışam. Qızdırmam yüksək olurdu, huşum gedirdi. Bununla bağlı da müalicə almışdım. Hazırda heç bir psixi xəstəliyim yoxdur. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasından keçən zaman fikrimi düzgün ifadə etməmişəm”.

“Spirtli içki aludəçisi deyiləm”

Zahid qeyd edib ki, 12 fevral 2024-cü ildə təxminən saat 22-23 radələrində spirtli içkini tərkitmədiyinə görə arvadı Günayla mübahisə ediblər: “Oğlum Taleh də irad bildirdi, məni danladı. Günay da bu əsəbiləşərək oğullarım Sərxanla Talehi götürdü və qardaşı Vəlinin adına olan evə getdi. Heç vaxt narkotik maddə qəbul etməmişəm. Spirtli içki içirdim, ammaiçki aludəçisi deyiləm”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Zahid 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb, şikayət təmin olunmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri