Qubada tarixi abidənin hissələri futbol qapısı kimi istifadə edilir FOTOLAR
Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tarixçi alim Elnur Nəciyev acınacaqlı durumda olan Əbu Müslüm məscidinin yeni fotolarını ictimailəşdirib.
Elnur Nəciyev Demokrat.az-a açıqlamasında bunları bildirib:
“Mən Azərbaycanda çox yer gəzdim və heç bir yerdə bunun alternativini görmədim. Taxtalarından futbol oynamaq üçün qapı düzəldilən, kənd klubu, mədəniyyət evi tikilərkən dirəklərindən istifadə edilən, insanların oturması üçün oturacağa çevrilən nə abidə, nə də məscid gördüm. Belə də olurmuş. Mən tarixi abidələrə zərər verilməsini çox gördüm, amma belə halla heç vaxt qarşılaşmadım”.
Qeyd edək ki, Əbu Müslüm məscidi (748/749) Qubanın Qrız kəndində yerləşir. Bu abidə Azərbaycanın 3 ən qədim məscidindən biridir (Dərbənd Cümə məscidi (733/734) və Şamaxı Cümə məscidindən (743/744) sonra).
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Aprel 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















