Icma.az
close
up
RU
Qubada WUF13 Festivalı təşkil edilib

Qubada WUF13 Festivalı təşkil edilib

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 30-da ölkə ictimaiyyətini Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırmaq üçün Quba şəhərində WUF13 Festivalı keçirilib.

Bu barədə APA-ya WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 tədbiri ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib. Sessiyada universitetin müəllim və tələbələri, Quba şəhərində yerləşən müxtəlif məktəb və liseylərin şagirdləri, eləcə də Özbəkistandan ADPU-ya qonaq gələn müəllim heyəti iştirak ediblər.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Əliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 tədbiri barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və tədbir çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Emin Hüseynzadə vurğulayıb ki, 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır. O, festivala toplaşan insanları WUF13-də qeydiyyatdan keçməyə və tədbirdə fəal iştiraka dəvət edib.

İki hissədən ibarət olan WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçirilən ictimai proqram ilə davam edib.

Proqram çərçivəsində geniş auditoriya kütləsinə interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular, eləcə də WUF13 tədbirinin əsas mövzu və ideyaları barədə ətraflı məlumat verilib.

Ümumilikdə, tədbirin ictimai proqramına 6000-ə yaxın iştirakçı qatılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 May 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri