Icma.az
close
up
RU
Qubadlıdan Poltavaya könül körpüsü

Qubadlıdan Poltavaya könül körpüsü

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Sumqayıtda müvəqqəti məskunlaşan Qubadlı rayonunun Yuxarı Cibikli kəndinin sakinləri ilə şəhərdəki Ukrayna icmasının təmsilçilərinin birgə görüşündə öncə Azərbaycan və Ukraynanın ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi uğrunda canlarını fəda edən igid vətən övladlarının xatirəsi yad edildi.

1991-ci il aprelin 7-də Qubadlının Ermənistanla sərhəd kəndi Yuxarı Cibiklidə erməni silahlı terrorçu dəstələrinin mühasirəsinə düşən sakinləri xilas etmək üçün döyüşə atılan 24 yaşlı leytenantın ömür, döyüş yoluna həsr olunmuş “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” / “Олег Бабак, Азербайджан тебе не забуде!” kitabının təqdimatı ilə çıxış edən müəllif Hacı Nərimanoğludan sonra o günün canlı şahidləri danışdılar. Həmin gün cibiklinin 20 yaşlarında iki gənci – Şahin Heydərov və Qərib Nəzərov qətlə yetirilmiş, 7 nəfər isə yaralanmışdı. Yaxınlıqdakı postun komandiri, cibiklilərin “Babək” çağırdıqları Oleq Babakın igidliyi həmin gün xeyli sakinin həyatını xilas etmişdi. Şahidlərin görüb dedikləri, istintaq materialları, çoxsaylı rus, erməni mənbələri Oleqin 24 terrorçunu öldürdüyünü, özünün də son patronu qurtarana qədər döyüşüb ağır yaralı ikən Le­ninq­raddakı ali milis mək­tə­bi­ndə birgə oxuyan zamandan tanıdığı erməni zabiti tərəfindən amansızlıqla qətlə yetirildiyini sübut edir. Oleq mülki vətəndaşların xilası zamanı göstərdiyi fədakarlığa görə sentyabrın 17-də “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldü, 1991-ci ilin dekabrında bu dövlət ləğv edilib dağıldığından Oleq Babakın adı SSRİ-nin sonuncu qəhrəmanı kimi tarixdə qaldı.

Ukraynanın dahi şairi və mütəfəkkiri İvan Franko adına Sumqayıt Ukrayna İcmasının sədri Tamilla Musayeva, Qubadlı Rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qubadlı rayon filialının sədri Razim Əliyev, Bakı Dövlət Universitetinin professoru Mönsüm Alışov, şəhid Əliş Məhərrəmovun nəvəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Həcər Əkbərova, şəhid Məğrur Şirinovun qardaşı Zaur Zəngəzurlu, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Cibikli kənd inzibati dairəsi üzrə nümayəndəsi Tural İldırımlı, Oleqin yaxından tanıyan təqaüdçü polis zabiti İslah Qənbərov və başqaları qəhrəmanların ömür yolunun təbliğinin əhəmiyyətini, bu nəşrin iki xalq arasında dostluğun möhkəmlənməsinə xidmət etdiyini vurğuladılar, Oleqin qanı axan kənddə xatirə abidəsinin qurulmasını təklif etdilər, kitabın iki dildə nəşrinin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihəçi  “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinə razılıq bildirdilər.

12 yaşlı sumqayıtlı məktəbli Georginin ukrain dilində şeirləri alqışlarla qarşılandı.

Oleq Babakın Ukraynanın Poltava vilayətinin Piryatin rayonunun Viktoriya kəndində yaşayan anası Nadiya Babak skayp vasitəsilə tədbirə qatıldı. O dedi: “Yeganə oğlum Oleq haqqında kitab kənddə, adını daşıyan məktəb, muzeyində əl-əl gəzir, oxunur, bu kitab bizə ömrümüzün ahıl çağında böyük təskinlik oldu, çox razıyıq, unutmadığınız üçün sağ olun. Ukraynadakı Azərbaycan diplomatları, diaspor təmsilçiləri illərdir ki, bizə daimi qayğı, diqqət göstərirlər, bilirik ki, bu barədə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin tapşırığı olub, bizə aylıq təqaüdün verilməsi də cənab Əliyevin şəxsi göstərişidir. Çox minnətdarıq, Allah Azərbaycan kimi Ukraynaya da əbədi sülh, əmin-amanlıq bəxş etsin”.

Tədbirin iştirakçılarına, Sumqayıt şəhərinin və Şərqi Zəngəzur bölgəsinin təhsil, mədəniyyət müəssisələrinə kitabın nüsxələri, elektron diskləri, Oleq Babakın ömür yolunu əks etdirən foto-albomlar hədiyyə edildi.

Səmimi ünsiyyət ab-havasında keçən görüş iştirakçılarda unudulmaz xoş ovqat yaratdı.

Zaur Qubadlı

şəhid Məğrur Şirinovun qardaşı, bloger

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyun 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri