Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Qızılın SON qiyməti

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Qubanın Qərbi Azərbaycan sevdası

Qubanın Qərbi Azərbaycan sevdası

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Vətən və yurd anlayışları hər kəs üçün, xüsusən də biz azərbaycanlılar üçün müqəddəs anlayışlardır. Gündəlik leksikonumuzdakı “ana vətən”, “ doğma yurd” ifadələri də elə-belə yaranmayıb. Yəni, insan üçün anasından,  doğmalarından daha əziz kim ola bilər?! Ona görə də təbiətinin, tarixinin nə dərəcədə zəngin və cəlbedici olub-olmamasından asılı olmayaraq hər kəs üçün öz vətəni, doğma  yurdu daha  əzizdir. Baxın, insanlar XXI əsrdə belə rahat yolu, əkinə yararlı torpaqları, yaşıllıqları, hətta yaxınlıqda içməli su mənbələri olmayan yerləri belə doğulduğu, boya-başa çatdığı yurdudur deyə tərk etmirlər.

Qarabağ əraziləri separatçılardan, silahlı terrorçu dəstələrdən təmizləndikdən sonra Azərbaycan hakimiyyətinin rəsmi təminatı olduğu halda belə oradakı ermənilərin hamısı köçüb getdilər. Çünki onlar çox yaxşı bilirdilər ki, Qarabağ lap əzəldən onların vətəni olmayıb. Amma Qərbi Azərbaycandakı ata-baba yurdlarından vəhşicəsinə deportasiya olunmuş azərbaycanlıların hər biri 50-100 ildir ki, o torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləməkdədirlər. Axı,  onları Bütöv Azərbaycanın dilbər guşəsi olan Qərbi Azərbaycan ərazisində Göyçə, Vedibasar, Zəngibasar, Dərələyəz, Şəmşədli, Dərəçiçək, Qırxbulaq, Seyidli, Ağbaba, Sərdarabad və bu kimi çoxsaylı yurd yerlərini məcburən qoyub gəliblər. Min illər boyu bu insanların ulu babaları o yerlərdə yaşayıb, yaradıb, böyük  və zəngin bir tarixi-mədəni irs qoyub gediblər. 

Çar Rusiyasının XIX əsrdən başlayaraq tədricən ermənilərə peşkəş etmiş olduğu o yerləri necə unutmaq olar?! Bax, Azərbaycan dövlətinin Qərbi Azərbaycana  qayıdş  siyasəti də məhz  məhələ-məhələ deportasiyaya məruz qalmış soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaq arzusundan, istəyindən, indiki halda isə həm də təşkilatlanaraq  mübarizə aparmaq əzmində olamalarıdan irəli gəlir. Azərbaycan hakimiyyətinin Qərbi Azərbaycana qayıdış siyasəti  əslində elə beynəlxalq humanitar siyasətin də təməl prinsipidir.

Təqdirəlayiq haldır ki, Qərbi Azərbaycan icmasının bu istiqamətdəki aydın platforması respublikamızın bütün şəhər və rayonlarında insanlar tərəfindən son dərəcə isti qarşılanmaqdadır.  Respublikamızın əksər şəhər və rayonlarında Qərbi Azərbaycan icmasının nümayəndəliklərinin yaradılması isə buna bariz  misaldır.

Bu  il o qədər də sabit keçməyən fevral günlərində məzuniyyət müddətimin bir neçə gününü Qubada keçirməli oldum. Doğrusu, xeyli vaxt idi  ki, bu tərəflərə yolum düşməmişdi. Ona görə də ziyalı dostum şair Ramiz Qusarçaylı ilə görüşəndə ilk olaraq Quba yenilikləri ilə maraqlandım. O isə Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində olmağı məsləhət gördü. Biz birlikdə oraya yollandıq...

İnanın səmimiyyətimə, oraya sadəcə nümayəndəlik deməyə dilim gəlmir. Ora əslində çox yaxşı düşünülmüş, mükəmməl dizayn edilmiş bir mədəniyyət mərkəzi təsiri bağışlayır. Orada Qərbi Azərbaycan reallaıqlarından xəbər verən nələr yoxdur?! İrəvan xanlığı, onun mahalları və digər yaşayış məntəqələrinin əyani şəkildə təqdim olunduğu xəritələr, diaqramlar və foto-stendlər nələrdən xəbər vermir?! Qərbi Azərbaycandan deportasiya olunaraq Qubada məskunlaşmış insanların şəxsiyyətini, peşəsini, fəaliyyət sahələrini, hətta hərbi mükəlləfiyyətli olub olmadığını bildirən ilkin sənədlər və daha nələr?!. Bu sənədlər bizə  deyir  ki, zaman-zaman Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızdan 4217 nəfəri məhz  Quba rayonunun ayrı-ayrı  yaşayış  məntəqələrində  məskunlaşmışdır. Bu minvalla da  uzun  illərdir ki, acı deportasiya taleyi yaşamış  soydaşlarımızın niskili də,  sevdası da  Qubada hər kəsin qayğı və düşüncəsinə hakim kəsilib. Hansı ki, bu niskil və  sevda Qərbi Azərbaycan İcmasının Quba  nümayəndəliyində səliqə ilə yan-yana düzülmüş kitab rəflərindəki bədii və tarixi əsərlərdən də  oxunmaqdadır. O kitablar, o əsərlər ki, onların   xeyli qisminin müəllifi və ya qəhrəmanları elə  Qərbi azərbaycanlıların özləridir.  Daha  bir qismi isə Qərbi azərbaycanlıların həyat və mübarizə hekayələri ilə dolu olan əsərlərdir.

Sağ olsun o insanlar  ki, Qərbi Azərbaycan   İcmasının bir növ salnaməsi olan o kitabları, o əsərləri sevə-sevə Quba nümayəndəliyinə hədiyyə ediblər. Bu minvalla da Quba  nümyəndəliyində o kitablardan ibarət dəyərli bir fond formalaşıb.

Xalqımızın Qərbi Azərbaycan yaddaşını təzələyərək yaşadan belə bir nümunəvi mədəniyyət ocağının yaradılmasının təşəbbüskarı, təşkilatçısı və canı qəlbdən ona sponsorluq edən insanlara ürəkdən alqış düşür. Əlbəttə, ünvanına ilk alqışlar səslənməli olan o böyük insan isə  Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan, Qarabağ fatehi İlham Əliyevdir. Çünki Qərbi Azərbaycana qayıdışın yolu  Qarabağın işğaldan azad olunmasından keçirdi ki, bunu da məhz cənab Prezident etdi.

Sağ olsun o insanlar ki, ölkə rəhbərliyinin və rayon sakinlərinin ehtimadını doğruldaraq vəzifə və vətəndaşlıq borclarını şövqlə, vicdanla icra edirlər.

Mən bu yerdə  nümayəndəliyin yaradılmasında xüsusi xidmətləri olan Qərbi Azərbaycan İcması Quba nümayəndəliyin rəhbəri, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnistutunun direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, filosof alim İlham Qaraqurbanlının, Quba rayonundan millət vəkili, iqtisad elmləri doktoru, professor, istedadlı nasir Əlibala Məhərrəmzadənin və Azərbaycan Yazıçılar  Birliyi Quba bölməsinin rəhbəri, şair dostumuz Ramiz  Qusarçaylının adını minətdarlıq hissi ilə qeyd etməyi özümə borc bilirəm.

Qubada  gəzməli, görməli, adamı ruhən saflaşdıran yerlər, məkanlar çoxdur. İndi bu sıraya Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyi də daxildir. Elə gün yoxdur ki, orada müxtəlif görüşlər, tədbirlər keçrilməsin. Bəli, cəmisi üç ay öncə fəaliyyətə  başlayan Quba nümayəndəliyi qısa vaxt ərzində rayon gənclərinin,  şəhid  ailələrinin, müharibə veteranlarının, ziyalıların, sadə zəhmət adamlarının ən çox ziyarət etdiyi ünvana çevrilib. Burada vaxtaşırı olaraq respublikanın tanınmış elm adamları, ziyalıları, söz-sənət və siyasət adamları ilə görüşlər təşkil edilir, müsabiqə və disputlar keçirilir. Bu cür rəngarəng tədbirlər silsiləsindən şəhid ailələri, “Vətən naminə” şəhid ailələrinə dəstək İctimai Birliyi, Azərbaycanın Qadın Sahibkarlar Assosiasiyasının nümayəndələri, bölgədə fəaliyyət göstərən ədəbi məclislərin iştirakçıları, Elm və Təhsil Nazirliyinin keçirmiş olduğu  “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi, rayonun Əliməmmədova kənd orta məktəbinin XI sinif  şagirdi Aydan Rəcəbova ilə olan görüşləri xüsusi olaraq qeyd etmək istərdim. Təbiidir ki, bu qəbildən olan tədbirlər insanların , xüsusən də  yetişməkdə olan gənc nəslin yaddaşını Qərbi Azərbaycan sevdası ilə daha da dolğunlaşdırmağa xidmət edir.

Qərbi   Azərbaycan İcmasının  Quba  nümayəndəliyinin binasına daxil olan hər kəsin ilk olaraq diqqətini cəlb edən Ulu Öndər  Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin portretləri altında yazılmış iki sitat cəlb edir. Ulu Öndərə aid sitat belədir: “Mən buna inanıram, inanıram ki, o yerlərin sahibləri-azərbaycanlılar oraya  qayıdacaqdır!” Prezident İlham Əliyevə aid sitatda isə bu gün artıq hər bir azərbaycanlının dilində şüara çevrilmiş olan, insanlara ruh verən “Biz Qərbi Azərbaycana mütləq qayıdacağıq” sözləri yazılıb. Bu isə o deməkdir ki, Qərbi Azərbaycan İcmasının Quba nümayəndəliyində olan, orada təşkil olunan tədbirlərdə iştirak edən hər kəs bir daha əmin olur ki, bəli, nə zamansa indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından vəhşicəsinə deportasiya olunan soydaşlarımız, onların övladları və nəvə-nəticələri mütləq o yerlərə geri dönəcəklər. Həm də bunun üçün elə də çox gözləməli  olmayacaqlar.  İnşallah belə də olar!

Qafar Cəbiyev

AMEA Arxeologiya və Antropologiya İnstitutunun İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru,

professor, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Mart 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see483

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see266

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see244

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see237

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see228

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see226

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see225

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see212

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see209

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see208

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see206

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see204

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see203

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see201

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see200

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see193

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see183

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see183

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri