Icma.az
close
up
RU
Qucağını geniş aç, gəlirəm, Ana torpaq!

Qucağını geniş aç, gəlirəm, Ana torpaq!

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

İnsan nəsli tarixən sözə tapınıb, sözə sığınıb, sözdən güc alıb, içindəki yanğını sözlə söndürüb. Bəşər tarixində ən qanlı hadisələr sözlə ifadə olunub. Söz bəşər övladının sevinc və kədərinin ifadəçisi olub.

Hər zaman savaşlarda olduğu kimi, Qarabağ savaşında da işğalçıya ilk zərbələrimizi Sözlə, poeziya ilə vurduq. 1990-cı illərdən poeziyamızda torpaqlarımızın qorunmasına çağırış mövzusu diqqət çəkdi. Hüseyn Arifin "Göyçəlilər, dağılmayın Göyçədən" misrası ilə mübarizlik motivləri şeirimizə hakim oldu. Daha sonra şəhidlik, torpaq itkisi, didərginlik, qərib məzar mövzuları da ön plana çıxdı. Və nəhayət, Ali Baş Komandanın göylərə yüksələn və düşməni qorxudan Dəmir Yumruğu həyatımızı, yaşantılarımızı dəyişməklə bərabər, poeziyamıza Zəfər və şanlı qəhrəmanlıq mövzularını ərməğan etdi.

Qarabağın, torpaqlarımızın azadlığı mövzusu, demək olar ki, Azərbaycan şairlərinin heç birinin yaradıcılığından yan keçməyib. Döyüşçü və zabit şairlərimiz isə keçdikləri həm ağrılı, həm şərəfli ömür yollarınındakı yaşantılarını oxucularla bölüşməyi üstün tutdular. Bu baxımdan Zaur Ustacın da şeirləri diqqət çəkir. Onun  Qarabağ mövzusunda yazdığı şeirləri mətbuatımızda ardıcıl çap olunur və sevilərək oxunur.

Zaur Ustacın şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi "40 gün-40 şeir" kitabı oxucunu həm kövrəldir, həm də qürurlandırır. "Zabitlər" şeiri  gələcək nəslin peşə seçiminə yönələn bir çağırışdır. Qeyd edim ki, bu, "Zabitlər" ismi ilə rastlaşdığım ilk şeirdir.

Bu çox həssas hekayə;

Duymaz onu hər ürək.

Duymaq üçün bu qəlbi,

Bu yoldan keçmən gərək!

Duyğulu misralardır, dəyərli fikirlərdir. Əslində bu düşüncələri də elə zabit ömrü yaşayanlar daha yaxşı anlayıb qəbul edər:

Zabit hava, zabit su,

Zabit yol, zabit torpaq,

Zabit tənha bir ağac,

Zabit zirvədə bayraq!

Şaxtada sınar şaxı,

Gündə çıxar cızdağı.

Palçıqlı çəkmələri

Daşıyır Yurd torpağı.

Sadə olduğu qədər də qürur, fəxarət hissi ilə dolu misralar... Məni Murov dağlarına götürdü bu misralar. Qarlı Murovda igidlik zirvəsini fəth edən, orada buz heykəllərə dönən döyüşçü zabitlərimiz gözlərim önündə canlandı.

"Bu belədir" (Əsgər haqqında ballada) şeiri döyüşçü əsgərin özü ilə söhbətidir. "Qucağını geniş aç..." şeiri isə qəhrəman gizir Pəncəli Teymurova həsr olunub.

Qucağını geniş aç, gəlirəm, Ana torpaq,

Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,

Hər "gəlirəm" deyəndə, əlimdə vardı bayraq,

O qutsal əmanətin, ünvanına yetibdi...

Sancmışam sancağımı, rahat gəlirəm indi...

Bir döyüşçünün hərb yolunu bu cür dəqiq və təsirli verə bilmək hər şairə nəsib olmur. Zaur ustac o döyüşçülərlə bir vaxt eyni həyatı paylaşdığı üçün belə duyğulu misralar yaza bilib:

Sıra ilə gəlirik, yer ver girək qoynuna...

Çox dilək diləmişdim - Bayraq olsun kəfənim,

Xəyalım gerçək olub, sevinməsin düşmənim,

Dualarım qəbuldu, ağlamasın sevənim,

Ana, sən də gözünün qorasını sıxma ha...

"Oğul düşmən çəpəri", qurban gedər torpağa...

Bu misralarda canını torpaq uğrunda qurban verən bütün döyüşçülərimizin parlaq obrazı canlanır. Hətta belə demək mümkünsə, igidlərimizin sözlə çəkilmiş portretini görmüş oluruq. Kitabda general Polad Həşimova, qəhrəman zabitimiz İlqar Mirzəyevə həsr edilən təsirli şeirlər də yer alıb. Eyni zamanda 44 günlük savaşda qalib olmağımıza yol açan Xalq-Ali Baş Komandan-Ordu birliyi də poetik dillə təqdim edilib.

Ömrünün 50-ci baharını yaşayan vətənpərvər şairimiz Zaur Ustaca həyat və yaradıcılıq yollarında yeni uğurlar diləyirəm. Qələmi iti, könlü sözlü-söhbətli olsun!

Mərziyyə NƏCƏFOVA

Filologiya elmlər doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin baş elmi işçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://525.az
archiveBu xəbər 06 May 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri