Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Bu rayona yeni polis rəisi təyin edildi

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Qüdrət Həsənquliyev: ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, Tramp yolu onlara da lazımdı MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, Tramp yolu onlara da lazımdı MÜSAHİBƏ

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Teleqraf Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.

- Qüdrət bəy, Vaşinqtonda ABŞ və Ermənistanla imzalanmış sənədlərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik. Bu, Azərbaycanın Rusiya və İranla münasibətlərinə necə təsir edəcək?

- Bölgəyə sülh gətirəcək, iki xalq arasında düşmənçiliyə son qoya və əməkdaşlığa yol aça biləcək istənilən sənədin imzalanması tarixi hadisədir, alqışlanmalıdır. İmzalanmış üçtərəfli Birgə Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına, güc tətbiqindən və qisasdan imtina etdiklərinə dair öhdəlik götürürlərsə, bu, elə ilkin sülh sazişidir. Haqlı olaraq beynəlxalq birlik və media bunu bu cür də sülh sazişi kimi təqdim etdi.

Bu, Prezident İlham Əliyevin, Azərbaycanın, o cümlədən ABŞ və Ermənistanın, insanlığın böyük qələbəsidir. Bundan sonra Tramp haqq etdiyi Nobel sülh mükafatını ala bilər.

Əvvəllər müsahibələrimdə dəfələrlə söyləyirdim ki, beynəlxalq təcrübə göstərir ki, bu kimi mübaqişələrdə sülh sazişinin imzalanması güclü dövlətlərin vasitəçiliyi olmadan baş vermir. ABŞ dünyanın bir nömrəli iqtisadi və hərbi gücüdür. Azərbaycanda hər kəs Trampın seçkilərdə qalib gəlməsini arzulayırdı, çünki onun prezidentliyi dövründə torpaqlarımızı işğaldan azad etdik. İndi isə onun vasitəçiliyi ilə "Tramp yolu" adlanacaq Zəngəzur dəhlizi açılır, Ermənistanla ilkin sülh saziişi imzalandı. Kim demokratik ənənələri olan, inkişaf etmiş texnologiyaya sahib, dünyanın super gücü ilə yaxın olmaq istəməz ki?

Zamanında mən də bunu çox istəmişəm, amma bəzi acı reallıqları görüb ABŞ ilə münasibətlərdə ehtiyatlı olub müəyyən məsafə saxlamağın (nə dost, nə düşmən) tərəfdarı olmuşam. Ona görə ki, bu ölkədə dövlətçilikdə varislik məsələsi yoxdur. Hər yeni prezident özünü elə aparır ki, sanki ondan qabaqkı prezidentin imzaladığı sənədlərin, qəbul etdiyi qərarların ona və ABŞ-yə aidiyyatı yoxdur . Elə bil əvvəlki administrasiya başqa dövləti təmsil edib. Yeni administrasiya əvvəlki ilə yaxınlığa görə sənin ölkəni cəzalandıra da bilər. Allaha dua edək ki, gələcək ABŞ prezidentləri Trampla yaxınlığa görə bizi cəzalandırmasın.

Zelenskinin Bayden adminstrasiyası ilə yaxınlığına görə necə alçaldılması dünyanın gözü qarşısında baş verdi. Bu gün də Ukrayna alçaldıcı sülhə məcbur edilir. ABŞ-nin Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar imzaladığı Budapeşt memorandumuna sadiqliyini də gördük. Hansı ki, Ukraynaya təzyiq edib, onu aldadaraq nüvə silahını əlindən aldılar. İndi Tramp Zelenskiyə deyir ki, əlində kart yoxdu.

Təəssüf, Zelenski də ona demədi ki, ABŞ 1994-cü ildə bizi aldadaraq və təzyiq edərək həmin kartı bizim əlimizdən alıb. Başqa şoxsaylı misallar da çəkmək olar. Mövcud ikipartiyalı siyasi sistem ABŞ cəmiyyətində ciddi parçalanma, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaradıb. 2020-ci il prezident seçkilərindən sonra bu təhlükə özünü qabarıq şəkildə biruzə verdi. Bu səbəbdən ABŞ-də konstitusion islahatlara böyük ehtiyac var.

Allaha dua edək ki, Ermənistan və ABŞ öz öhdəliklərini yerinə yetirə bilsinlər, hər şey xalqların gözlədiyi, imza edən tərəflərin planlaşdırdığı kimi uğurla sonuclansın.

Təəssüf ki, Paşinyanın növbəti seçkiləri uduzmaq və ya seçkilərə qədər devrilmək ehtimalı çox böyükdür. Bu baş verərsə, formalaşacaq yeni hökumətin Ermənistanın öhdəliklərinə sadiq qalacağı az inandırıcıdır.

Rusiyanın və İranın isə bizdən narazı qalmağa haqqı yoxdur. Vətən müharibəsindən sonra Azərbaycan 3+3 formatında region dövlətlərinə əməkdaşlıq təklif etdi. Atəşkəs haqqında üçtərəfli Bəyannamənin imzalanmasından 5 ilə yaxın vaxt keçsə də, Rusiya sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana heç bir təzyiq göstərmədi, sanki nə hərb, nə də sülh vəziyyəti onu qane edirdi. İran isə açıqdan-açığa Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe ortaya qoydu.

Bizə isə Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun açılması, inkişaf və təhlükəsizlik üçün davamlı sülh lazımdır. Həm də Rusiyanın Ermənistana münasibətdə soyuqqanlı davranışı o qənaətə gəlməyə əsas verir ki, çox böyük ehtimalla, ABŞ bütün məsələləri Rusiya ilə öncədən razılaşdırıb. Rusiya ola bilsin, İranla münasibətlər korlanmasın deyə ABŞ-nin vasitəçilik etməsini qəbul edib. Çünki "Tramp yolu" bizim qədər Rusiyaya da lazımdır.

Ümid edirəm, Rusiya sivil münasibətlər yolu ilə hər iki dövlətlə dostluq yolunu seçəcək.

İranda isə prezident Pezeşkian və ətrafındakı ağıllı adamlar anlayırlar ki, indiyə qədər Azərbaycana qarşı yürüdülən təzyiq və yumşaq desək, dost olmayan siyasət kökündən səhv olub. Həm də Rusiyanın təmkinli davranışı onları da dözümlü olmağa məcbur edəcək.

- Bəs bütövlükdə bölgənin gələcəyini necə görürsünüz?

- Rusiyanın Ukrayna üzərində (əslində Qərb dünyası və NATO üzərində) qələbəsini Trampın da köməyi ilə rəsmiləşdirəndən sonra, kimin indi nə deməsindən asılı olmayaraq, dünyada nüfuzu xeyli yüksələcək.

İndi Trampın əlini öpməyə imkan axtaran Qərb liderləri bu dəfə Putinin əlini öpmək üçün növbəyə duracaqlar. SSRİ-nin ikinci dünya müharibəsində qələbəsindən sonra nüfuzunun artdığı kimi.

Tramp Rusiya iqtisadiyyatının güclənməsi üçün hakimiyyətdə olduğu müddətdə mümkün olan hər şeyi edəcək. Biz bunu nəzərə almalıyıq. 44 günlük savaşdan sonra sülhməramlı kimi Ağdamda Türkiyə və Rusiya yerləşmişdi. Ən azından bu səbədən onlar dost və müttəfiq ölkələr kimi yekun sülh sazişinin imzalanmasında iştirak edə bilərlər.

Rusiya Azərbaycanın ABŞ-la yaxınlaşma siyasətindən narahat olmamalıdır, çünki özü də ABŞ-la yaxınlaşmaq istəyir. Rusiya Azərbaycanla olan etimadlı münasibətləri bərpa etmək, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün addımlar atmalıdır. Belə bir el misalı var: Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Qonşularla dostluq siyasəti regionda sülhü daha davamlı və təminatlı edərdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Avqust 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see183

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see153

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see151

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see133

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see127

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see127

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see126

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see125

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see122

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see122

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see121

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see121

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri