Icma.az
close
up
RU
Deputat: ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, “Tramp yolu” onlara da lazımdı MÜSAHİBƏ

Deputat: ABŞ bütün məsələləri Rusiya ilə razılaşdırıb, “Tramp yolu” onlara da lazımdı MÜSAHİBƏ

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gununsesi.infoƏdalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir.

– Qüdrət bəy, Vaşinqtonda ABŞ və Ermənistanla imzalanmış sənədlərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik. Bu, Azərbaycanın Rusiya və İranla münasibətlərinə necə təsir edəcək?

– Bölgəyə sülh gətirəcək, iki xalq arasında düşmənçiliyə son qoya və əməkdaşlığa yol aça biləcək istənilən sənədin imzalanması tarixi hadisədir, alqışlanmalıdır. İmzalanmış üçtərəfli Birgə Bəyannamədə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdıqlarına, güc tətbiqindən və qisasdan imtina etdiklərinə dair öhdəlik götürürlərsə, bu, elə ilkin sülh sazişidir. Haqlı olaraq beynəlxalq birlik və media bunu bu cür də sülh sazişi kimi təqdim etdi.

Bu, Prezident İlham Əliyevin, Azərbaycanın, o cümlədən ABŞ və Ermənistanın, insanlığın böyük qələbəsidir. Bundan sonra Tramp haqq etdiyi Nobel sülh mükafatını ala bilər.

Əvvəllər müsahibələrimdə dəfələrlə söyləyirdim ki, beynəlxalq təcrübə göstərir ki, bu kimi münaqişərdə sülh sazişinin imzalanması güclü dövlətlərin vasitəçiliyi olmadan baş vermir. ABŞ dünyanın bir nömrəli iqtisadi və hərbi gücüdür. Azərbaycanda hər kəs Trampın seçkilərdə qalib gəlməsini arzulayırdı, çünki onun prezidentliyi dövründə torpaqlarımızı işğaldan azad etdik. İndi isə onun vasitəçiliyi ilə “Tramp yolu” adlanacaq Zəngəzur dəhlizi açılır, Ermənistanla ilkin sülh saziişi imzalandı. Kim demokratik ənənələri olan, inkişaf etmiş texnologiyaya sahib, dünyanın super gücü ilə yaxın olmaq istəməz ki?

Zamanında mən də bunu çox istəmişəm, amma bəzi acı reallıqları görüb ABŞ ilə münasibətlərdə ehtiyatlı olub müəyyən məsafə saxlamağın (nə dost, nə düşmən) tərəfdarı olmuşam. Ona görə ki, bu ölkədə dövlətçilikdə varislik məsələsi yoxdur. Hər yeni prezident özünü elə aparır ki, sanki ondan qabaqkı prezidentin imzaladığı sənədlərin, qəbul etdiyi qərarların ona və ABŞ-yə aidiyyatı yoxdur . Elə bil əvvəlki administrasiya başqa dövləti təmsil edib. Yeni administrasiya əvvəlki ilə yaxınlığa görə sənin ölkəni cəzalandıra da bilər. Allaha dua edək ki, gələcək ABŞ prezidentləri Trampla yaxınlığa görə bizi cəzalandırmasın.

Zelenskinin Bayden adminstrasiyası ilə yaxınlığına görə necə alçaldılması dünyanın gözü qarşısında baş verdi. Bu gün də Ukrayna alçaldıcı sülhə məcbur edilir. ABŞ-nin Ukraynanın ərazi bütövlüyü ilə əlaqədar imzaladığı Budapeşt memorandumuna sadiqliyini də gördük. Hansı ki, Ukraynaya təzyiq edib, onu aldadaraq nüvə silahını əlindən aldılar. İndi Tramp Zelenskiyə deyir ki, əlində kart yoxdu.

Təəssüf, Zelenski də ona demədi ki, ABŞ 1994-cü ildə bizi aldadaraq və təzyiq edərək həmin kartı bizim əlimizdən alıb. Başqa şoxsaylı misallar da çəkmək olar. Mövcud ikipartiyalı siyasi sistem ABŞ cəmiyyətində ciddi parçalanma, ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaradıb. 2020-ci il prezident seçkilərindən sonra bu təhlükə özünü qabarıq şəkildə biruzə verdi. Bu səbəbdən ABŞ-də konstitusion islahatlara böyük ehtiyac var.

Allaha dua edək ki, Ermənistan və ABŞ öz öhdəliklərini yerinə yetirə bilsinlər, hər şey xalqların gözlədiyi, imza edən tərəflərin planlaşdırdığı kimi uğurla sonuclansın.

Təəssüf ki, Paşinyanın növbəti seçkiləri uduzmaq və ya seçkilərə qədər devrilmək ehtimalı çox böyükdür. Bu baş verərsə, formalaşacaq yeni hökumətin Ermənistanın öhdəliklərinə sadiq qalacağı az inandırıcıdır.

Rusiyanın və İranın isə bizdən narazı qalmağa haqqı yoxdur. Vətən müharibəsindən sonra Azərbaycan 3+3 formatında region dövlətlərinə əməkdaşlıq təklif etdi. Atəşkəs haqqında üçtərəfli Bəyannamənin imzalanmasından 5 ilə yaxın vaxt keçsə də, Rusiya sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistana heç bir təzyiq göstərmədi, sanki nə hərb, nə də sülh vəziyyəti onu qane edirdi. İran isə açıqdan-açığa Zəngəzur dəhlizinin açılmasına qarşı mövqe ortaya qoydu.

Bizə isə Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun açılması, inkişaf və təhlükəsizlik üçün davamlı sülh lazımdır. Həm də Rusiyanın Ermənistana münasibətdə soyuqqanlı davranışı o qənaətə gəlməyə əsas verir ki, çox böyük ehtimalla, ABŞ bütün məsələləri Rusiya ilə öncədən razılaşdırıb. Rusiya ola bilsin, İranla münasibətlər korlanmasın deyə ABŞ-nin vasitəçilik etməsini qəbul edib. Çünki “Tramp yolu” bizim qədər Rusiyaya da lazımdır.

Ümid edirəm, Rusiya sivil münasibətlər yolu ilə hər iki dövlətlə dostluq yolunu seçəcək.

İranda isə prezident Pezeşkian və ətrafındakı ağıllı adamlar anlayırlar ki, indiyə qədər Azərbaycana qarşı yürüdülən təzyiq və yumşaq desək, dost olmayan siyasət kökündən səhv olub. Həm də Rusiyanın təmkinli davranışı onları da dözümlü olmağa məcbur edəcək.

– Bəs bütövlükdə bölgənin gələcəyini necə görürsünüz?

– Rusiya Ukrayna üzərində (əslində Qərb dünyası və NATO üzərində) qələbəsini Trampın da köməyi ilə rəsmiləşdirəndən sonra, kimin indi nə deməsindən asılı olmayaraq, dünyada nüfuzu xeyli yüksələcək.

İndi Trampın əlini öpməyə imkan axtaran Qərb liderləri bu dəfə Putinin əlini öpmək üçün növbəyə duracaqlar. SSRİ-nin ikinci dünya müharibəsində qələbəsindən sonra nüfuzunun artdığı kimi.

Tramp Rusiya iqtisadiyyatının güclənməsi üçün hakimiyyətdə olduğu müddətdə mümkün olan hər şeyi edəcək. Biz bunu nəzərə almalıyıq. 44 günlük savaşdan sonra sülhməramlı kimi Ağdamda Türkiyə və Rusiya yerləşmişdi. Ən azından bu səbədən onlar dost və müttəfiq ölkələr kimi yekun sülh sazişinin imzalanmasında iştirak edə bilərlər.

Rusiya Azərbaycanın ABŞ-la yaxınlaşma siyasətindən narahat olmamalıdır, çünki özü də ABŞ-la yaxınlaşmaq istəyir. Rusiya Azərbaycanla olan etimadlı münasibətləri bərpa etmək, ikitərəfli əlaqələri inkişaf etdirmək üçün addımlar atmalıdır. Belə bir el misalı var: Yaxın qonşu uzaq qohumdan yaxşıdır. Qonşularla dostluq siyasəti regionda sülhü daha davamlı və təminatlı edərdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Avqust 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri