Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Qüdrət Həsənquliyev: Müharibə ehtimalı yüksəkdir

Qüdrət Həsənquliyev: Müharibə ehtimalı yüksəkdir

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Hurriyyet.org Telegraf-a istinadən müsahibəni təqdim edir:

- Qüdrət bəy, gözləntilərin əksinə olaraq, Ukrayna ilə Rusiya arasında yenə də razılıq əldə olunmadı. Səbəb nədir?

- Tərəflər müharibədən yorulsalar da, hər iki tərəf müharibənin özü üçün daha əlverişli şərtlərlə yekunlaşmasını istəyir. Həm də tərəflər tam tükənməyib və müəyyən ümidlərlə müharibəni bir müddət də davam etdirmək fikrindədirlər.

Putin Trampa və Çinə, Avropa İttifaqındakı agentlərinə, Ukrayna isə Avropa İttifaqındakı vicdanlı insanlara güvənir. Amma insan və hərbi ehtiyatlar tükəndikcə, müharibəni davam etdirmək imkanları azalacaq və Ukraynanın güzəştləri hesabına sülhə nail olmaq daha asan olacaq. Ukrayna və Avropadakı müttəfiqləri müharibədə daha zəif tərəf olduğundan, sonda Ukrayna böyük güzəştlərə məcbur ediləcək.

Avropa İttifaqında Avropa xalqlarını, dövlətlərini birləşdirib arxasınca apara biləcək cəsarətli və güclü lider olmadığından Ukrayna ərazi itkisi ilə barışmalı olacaq. Amma hər şey Allahın əlindədir. Bu gün proqnozlaşdırılması çətin olan geosiyasi möcüzə də baş verə bilər.

- İran ABŞ danışıqları da uğurlu olmadı. ABŞ İrana hücum edəcəkmi?

- Rusiya prezidentinin ünvanına komplimentlər deməklə Ukraynada müharibəyə son qoymaq istəyən Tramp başa düşür ki, ABŞ-nin qlobal güc imici dağılıb. Venesuela prezidentinin yerli hakimiyyətin dəstəyi ilə oğurlanması da ABŞ-yə münasibətdə beynəlxalq ictimai fikri dəyişə bilmədi. İrana qarşı geniş hərbi əməliyyatlardan isə Tramp çəkinir. Tramp İrandakı etirazçılara müraciət edib deyəndə ki, "dövlət orqanlarını tutun, gəlirəm", görünür inanırmış ki, o gedib çıxana qədər İranda inqilab baş verəcək. İndi tökülən qanda onun da məsuliyyəti var. Artıq tökülən qana görə kimsənin məsuliyyət məsələsi və İranda islahatlar müzakirə mövzusu deyil.

Hazırda nüvənin zənginləşdirilməsi və raket proqramının məhdudlaşdırılması müzakirə olunur. Tramp İranın bu istiqamətdə müəyyən güzəştlərə getməsi ilə məsələni bağlamaq istəyir. Düşünür ki, bu yolla İsraili və yaxın ərafındakı yəhudi lobbisini də sakitləşdirə, bunu xalqına böyük qələbə kimi təqdim edə bilər.

İran isə ABŞ-nin tərəddüdlərini görür və geri çəkilmək fikri yoxdur. İrandakı hakimiyyətə də görünür müharibə lazımdır ki, problemləri həll edə bilmədiklərini müharibə ilə əlaqələndirsinlər. Çünki böyük islahatlara getmədən, imtiyazlardan imtina etmədən, korrupsiyaya qarşı effektli mübarizə aparmadan, dövlət idarəetməsini təkmilləşdirmədən iqtisadiyyatı dirçəltmək mümkün deyil.

- Bəlkə ABŞ Rusiyanın Ukraynadakı düşdüyü vəziyyəti görüb müharibədən çəkinir?

- Ukraynada xalq orduya və Prezidentə ciddi dəstək verir. Mənfi 16 dərəcə şaxtada işıqsız, istiliksiz qalsa da, yenə də hökuməti müdafiə edir, öz müstəqilliyi uğrunda vuruşur.

İranda isə xalq, xüsusilə son qətliamdan sonra kənardan kömək gözləyir. Xalqla hakimiyyətin birliyi yoxdur. Xalq dəyişiklik istəyir. Ona görə ABŞ və İsrailin güclü hücumları olacaqsa İrandakı rejimin ciddi müqavimət imkanları olmayacaq. Ola bilsin Çin və Rusiya Trampa "təmkinli" olmağı tövsiyə edir. Trampın tərəddüdlərinə rəğmən müharibə ehtimalı olduqca böyük olaraq qalır. Tramp başa düşür ki, aralıq seçkilərində qalib gəlməsi və daxildə gündəmi dəyişmək üçün ona qələbə lazımdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Fevral 2026 02:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri