Icma.az
close
up
RU
Müharibə ehtimalı böyük olaraq qalır Qüdrət Həsənquliyev

Müharibə ehtimalı böyük olaraq qalır Qüdrət Həsənquliyev

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

-Qüdrət bəy, gözləntilərin əksinə olaraq, Ukrayna ilə Rusiya arasında yenə də razılıq əldə olunmadı. Səbəb nədir?

-Tərəflər müharibədən yorulsalar da, hər iki tərəf müharibənin özü üçün daha əlverişli şərtlərlə yekunlaşmasını istəyir. Həm də tərəflər tam tükənməyib və müəyyən ümidlərlə müharibəni bir müddət də davam etdirmək fikrindədirlər. Putin Trampa və Çinə, Avropa İttifaqındakı agentlərinə, Ukrayna isə Avropa İttifaqındakı vicdanlı insanlara güvənir. Amma insan və hərbi ehtiyatlar tükəndikcə, müharibəni davam etdirmək imkanları azalacaq və Ukraynanın güzəştləri hesabına sülhə nail olmaq daha asan olacaq. Ukrayna və Avropadakı müttəfiqləri müharibədə daha zəif tərəf olduğundan, sonda Ukrayna böyük güzəştlərə məcbur ediləcək. Avropa İttifaqında Avropa xalqlarını, dövlətlərini birləşdirib arxasınca apara biləcək cəsarətli və güclü lider olmadığından Ukrayna ərazi itkisi ilə barışmalı olacaq. Amma hər şey Allahın əlindədir. Bu gün pronozlaşdırılması çətin olan geosiyasi möcüzə də baş verə bilər.

-İran ABŞ danışıqları da uğurlu olmadı. ABŞ İrana hücum edəcəkmi?

-Rusiya prezidentinin ünvanına kompilimentlər deməklə Ukraynada müharibəyə son qoymaq istəyən Tramp başa düşür ki, ABŞ-nin qlobal güc imici dağılıb. Venesuela prezidentinin yerli hakimiyyətin dəstəyi ilə oğurlanması da ABŞ-yə münasibətdə beynəlxalq ictimai fikri dəyişə bilmədi. İrana qarşı geniş hərbi əməliyyatlardan isə Tramp çəkinir. Tramp İrandakı etirazçılara müraciət edib deyəndə ki, "dövlət orqanlarını tutun gəlirəm", görünür inanırmış ki, o gedib çıxana qədər İranda inqilab baş verəcək. İndi tökülən qanda onun da məsuliyyəti var. Artıq tökülən qana görə kimsənin məsuliyyət məsələsi və İranda islahatlar müzakirə mövzusu deyil. Hazırda nüvənin zənginləşdirilməsi və raket proqramının məhdudlaşdırılması müzakirə olunur. Tramp İranın bu istiqamətdə müəyyən güzəştlərə getməsi ilə məsələni qapatmaq istəyir. Düşünür ki, bu yolla İsraili və yaxın ərafındakı yəhudi lobbisini də sakitləşdirə, bunu xalqına böyük qələbə kimi təqdim edə bilər. İran isə ABŞ-nin tərəddüdlərini görür və geri çəkilmək fikri yoxdur. İrandakı hakimiyyətə də görünür müharibə lazımdır ki, problemləri həll edə bilmədiklərini müharibə ilə əlaqələndirsinlər. Çünki böyük islahatlara getmədən, imtiyazlardan imtina etmədən, korrupsiyaya qarşı effektli mübarizə aparmadan, dövlət idarəetməsini təkmilləşdirmədən iqtisadiyyatı dirçəltmək mümükün deyil.

-Bəlkə ABŞ Rusiyanın Ukraynadakı düşdüyü vəziyyəti görüb müharibədən çəkinir?

-Ukraynada xalq orduya və Prezidentə ciddi dəstək verir. Mənfi 16 dərəcə şaxtada işıqsız, istiliksiz qalsa da, yenə də hökuməti müdafiə edir, öz müstəqilliyi uğrunda vuruşur. İranda isə xalq, xüsusilə son qətliamdan sonra, kənardan kömək gözləyir. Xalqla hakimiyyətin birliyi yoxdur. Xalq dəyişiklik istəyir. Ona görə ABŞ və İsrailin güclü hücumları olacaqsa İrandakı rejimin ciddi müqavimət imkanları olmayacaq. Ola bilsin Çin və Rusiya Trampa "təmkinli" olmağı tövsiyyə edir. Trampın tərəddüdlərinə rəğmən müharibə ehtimalı olduqca böyük olaraq qalır. Tramp başa düşür ki, aralıq seçkilərdə qalib gəlməsi və daxildə gündəmi dəyişmək üçün ona qələbə lazımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Fevral 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri