Icma.az
close
up
RU
Qüdrət Həsənquliyevin 60 illik yubileyinə sözardı

Qüdrət Həsənquliyevin 60 illik yubileyinə sözardı

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

…Siyasi münasibətlər sistemi, xüsusilə də fərqli formasiyaların içərisindən keçən, mental və toplumsal mədəni dəyərlər olaraq tam oturuşmamış cəmiyyətlərdə o qədər mürəkkəb və ziddiyyətlidir ki, nəinki bir il, bəzən bir an sonra yanaşmaların, dəyərləndirmələrin necə olacağını proqnozlaşdırmaq mümkün olmur. Elə mən də, nəinki bir il, hətta bir an sonra da baş verə biləcəyini istisna etmədiyim dəyişik münasibətlər sisteminin mahiyyətini, bu münasibətlər sisteminin ən mürəkkəb nəqliyyat dəhlizlərini belə kölgədə qoya biləcək keçidlərində sağdan sola, soldan sağa var-gəl edən, şər-böhtan, qarayaxma yükünü durmadan artıraraq hərəkətdə olan, havası, suyu, çörəyi bəsit əyalət hiyləgərliyindən “çıxan”ların yaratmaq istədikləri və yaxud, artıq yaratdıqları kommunikasiya tıxacının real və ya vizual görüntüsünü nəzərə almadan, bu anın duyğu və fikir selinin formalaşdırdığı qəribə, təzadlı bir ovqatın təsiri altında yazıram.

…Bir qayda olaraq, yubiley təbrikinə belə başlamırlar, bilirəm. Amma həyatın, fərdi və ya toplumsal münasibətlərin resepti olmur. Mənə görə, bətnində həqiqət yükü daşıyan istənilən dürüst, səmimi yanaşma bər-bəzəkli, metaforik tərifə bürünmüş saxtakarlıqdan daha gözəldir.

Bir də… bu yazı üzərində az qala bir aydan çoxdur ki, düşünürəm. Elə ilk sətirin sözlərini cümləyə düzdüyüm, bütün kənar təsirlərin sürüşkən ayaq izlərini düşüncələrimin çığırından sildiyim andan… özüm üçün də təəccüblü olan bir sürətlə yazıram. Ələkdən keçirmədən…

Hazırda hər kəsin millət vəkili, Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyevi uzun illərdir ki, tanıyıram. Bəzən onunla ilk dəfə qarşılaşdığım zamanı belə xatırlaya bilmirəm. Xatirələr və təəssüratlar illərin dolanbacında alt-üst olub.

Qüdrət bəy çox fərqli adamdır. Həm siyasətçi, həm də, sadəcə bir insan kimi. Tərifi sevmədiyini bilirəm və ən azı son 23 il ərzində onunla münasibətlərimdə reallıqdan kənar, metaforik hansısa fikir səsləndirdiyimi, yaxud onun belə bir yanaşma sərgilədiyini xatırlamıram. Qüdrət Həsənquliyev düşündüyü kimi danışır, doğru bildiyini deyir və edir. Bu, şəxsi münasibətlərdə də belədir, siyasi yanaşmalarda da…

Qüdrət bəy çox yaxşı adamdır. Tanıdığı və ona münasibətdə dürüst olan hər kəsə bacardığı qədər, bəzən bacardığından daha çox xeyirxahlıq etməyə çalışır. Qarşılığını gözləmir, şübhəsiz. Amma zəngin siyasi təcrübəsinə, həyatın hər üzünü görməsinə, ən acı reallıqları ilə qarşılaşmasına baxmayaraq, hər dəfə etdiyi xeyirxahlığın qarşılığında, yumşaq ifadə etsəm, arzuolunmayan bir davranış, yanaşma, əməl görəndə təəccüblənir və bəzən hətta sarsılır da… Əslində onun bu keyfiyyətini daha çox bəyənirəm. Bu o deməkdir ki, Qüdrət Həsənquliyev bütöv bir xarakter, obraz və mahiyyət olaraq, dəyişmir, bütün vəziyyətlərdə özü olaraq qalır.

Qüdrət bəy hüquqi bilgiləri və məntiqi ilə heyrət doğura biləcək bir hüquqşünasdır. Bu illər ərzində ondan çox şey öyrənmişəm və hələ də öyrənməyə davam edirəm.

Qüdrət bəy mükəmməl, öyrənməyə, öyrətməyə daim hazır olan, bu istiqamətdə də, yalnız doğruları aşılayan, qarşısındakının kimliyindən, ona olan münasibətindən asılı olmayaraq, onu doğru yola yönəldən bir müəllimdir.

Qüdrət bəyi, sadəcə siyasətçi kimi dəyərləndirmək insafsızlıq olardı. İçindəki böyük Vətən sevgisi, düşüncəsinə hakim kəsilmiş dövlət əxlaqı onun ümumi siyasi konyekturanın dar çərçivəsinə sığmasına imkan vermir. Qüdrət Həsənquliyev günün reallıqlarını düzgün dəyərləndirən, praqmatik yanşamalardan çıxış edən və bununla yanaşı möhkəm ideoloji fikir yapısına sahib olan bir inşandı.

Qüdrət bəy təpədən-dırnağa milli adamdır. Zamanın dəyişik ritmi onun xarakterinə zərrə qədər də olsun, təsir göstərə bilməyib.
Qüdrət Həsənquliyevin çox səmimi, fədakar bir dost olduğunu deyirlər. Onunla uzun illərdən bəri dostluq edən və mənim də dost saydığım, etibar etdiyim insanların dediklərindən belə qənaətə gəlmişəm. Təəssüf ki, sədr-müavin münasibətlərimiz onunla dostluq münasibətlərimizin tam formalaşmasına imkan verməyib. Amma indi də gec deyil…

Qüdrət bəy Azərbaycanı bütün çalarlarıyla, daşıyla, torpağıyla, havasıyla, suyuyla, insanıyla sinəsinə çəkərək bütöv və dərindən sevən qibtə olunacaq bir vətəndaşdır.

Qüdrət Həsənquliyev zamanın sürətlə dəyişən ritminin içərisində Azərbaycan sevgisinə köklənərək öz ritmi ilə yaşayan əsl azərbaycanlıdır.
Qüdrət bəy əsl insandır – obrazı artıq boya və mübaliğə götürməyən, sadə, səmimi bir insan!

60 yaşınız mübarək, Qüdrət bəy. Allahdan Sizə uzun və sağlam ömür diləyirəm. Ulu Tanrı Sizə doğma Vətənimizlə, Türk Dünyası ilə bağlı arzuladığınız bütün hadisələrin şahidi və iştirakçısı olmağı nəsib etsin!

Elçin Mirzəbəyli

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Yanvar 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri