Icma.az
close
up
RU
Qüdrət Həsənquliyevin çox səmimi, fədakar bir dost olduğunu deyirlər...

Qüdrət Həsənquliyevin çox səmimi, fədakar bir dost olduğunu deyirlər...

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

...Siyasi münasibətlər sistemi, xüsusilə də fərqli formasiyaların içərisindən keçən, mental və toplumsal mədəni dəyərlər olaraq tam oturuşmamış cəmiyyətlərdə o qədər mürəkkəb və ziddiyyətlidir ki, nəinki bir il, bəzən bir an sonra yanaşmaların, dəyərləndirmələrin necə olacağını proqnozlaşdırmaq mümkün olmur. Elə mən də, nəinki bir il, hətta bir an sonra da baş verə biləcəyini istisna etmədiyim dəyişik münasibətlər sisteminin mahiyyətini, bu münasibətlər sisteminin ən mürəkkəb nəqliyyat dəhlizlərini belə kölgədə qoya biləcək keçidlərində sağdan sola, soldan sağa var-gəl edən, şər-böhtan, qarayaxma yükünü durmadan artıraraq hərəkətdə olan, havası, suyu, çörəyi bəsit əyalət hiyləgərliyindən “çıxan”ların yaratmaq istədikləri və yaxud, artıq yaratdıqları kommunikasiya tıxacının real və ya vizual görüntüsünü nəzərə almadan, bu anın duyğu və fikir selinin formalaşdırdığı qəribə, təzadlı bir ovqatın təsiri altında yazıram.

...Bir qayda olaraq, yubiley təbrikinə belə başlamırlar, bilirəm. Amma həyatın, fərdi və ya toplumsal münasibətlərin resepti olmur. Mənə görə, bətnində həqiqət yükü daşıyan istənilən dürüst, səmimi yanaşma bər-bəzəkli, metaforik tərifə bürünmüş saxtakarlıqdan daha gözəldir.

Bir də... bu yazı üzərində az qala bir aydan çoxdur ki, düşünürəm. Elə ilk sətirin sözlərini cümləyə düzdüyüm, bütün kənar təsirlərin sürüşkən ayaq izlərini düşüncələrimin çığırından sildiyim andan... özüm üçün də təəccüblü olan bir sürətlə yazıram. Ələkdən keçirmədən...

Hazırda hər kəsin millət vəkili, Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyevi uzun illərdir ki, tanıyıram. Bəzən onunla ilk dəfə qarşılaşdığım zamanı belə xatırlaya bilmirəm. Xatirələr və təəssüratlar illərin dolanbacında alt-üst olub.

Qüdrət bəy çox fərqli adamdır. Həm siyasətçi, həm də, sadəcə bir insan kimi. Tərifi sevmədiyini bilirəm və ən azı son 23 il ərzində onunla münasibətlərimdə reallıqdan kənar, metaforik hansısa fikir səsləndirdiyimi, yaxud onun belə bir yanaşma sərgilədiyini xatırlamıram. Qüdrət Həsənquliyev düşündüyü kimi danışır, doğru bildiyini deyir və edir. Bu, şəxsi münasibətlərdə də belədir, siyasi yanaşmalarda da...

Qüdrət bəy çox yaxşı adamdır. Tanıdığı və ona münasibətdə dürüst olan hər kəsə bacardığı qədər, bəzən bacardığından daha çox xeyirxahlıq etməyə çalışır. Qarşılığını gözləmir, şübhəsiz. Amma zəngin siyasi təcrübəsinə, həyatın hər üzünü görməsinə, ən acı reallıqları ilə qarşılaşmasına baxmayaraq, hər dəfə etdiyi xeyirxahlığın qarşılığında, yumşaq ifadə etsəm, arzuolunmayan bir davranış, yanaşma, əməl görəndə təəccüblənir və bəzən hətta sarsılır da... Əslində onun bu keyfiyyətini daha çox bəyənirəm. Bu o deməkdir ki, Qüdrət Həsənquliyev bütöv bir xarakter, obraz və mahiyyət olaraq, dəyişmir, bütün vəziyyətlərdə özü olaraq qalır.

Qüdrət bəy hüquqi bilgiləri və məntiqi ilə heyrət doğura biləcək bir hüquqşünasdır. Bu illər ərzində ondan çox şey öyrənmişəm və hələ də öyrənməyə davam edirəm.

Qüdrət bəy mükəmməl, öyrənməyə, öyrətməyə daim hazır olan, bu istiqamətdə də, yalnız doğruları aşılayan, qarşısındakının kimliyindən, ona olan münasibətindən asılı olmayaraq, onu doğru yola yönəldən bir müəllimdir.

Qüdrət bəyi, sadəcə siyasətçi kimi dəyərləndirmək insafsızlıq olardı. İçindəki böyük Vətən sevgisi, düşüncəsinə hakim kəsilmiş dövlət əxlaqı onun ümumi siyasi konyekturanın dar çərçivəsinə sığmasına imkan vermir. Qüdrət Həsənquliyev günün reallıqlarını düzgün dəyərləndirən, praqmatik yanşamalardan çıxış edən və bununla yanaşı möhkəm ideoloji fikir yapısına sahib olan bir inşandı.

Qüdrət bəy təpədən-dırnağa milli adamdır. Zamanın dəyişik ritmi onun xarakterinə zərrə qədər də olsun, təsir göstərə bilməyib.

Qüdrət Həsənquliyevin çox səmimi, fədakar bir dost olduğunu deyirlər. Onunla uzun illərdən bəri dostluq edən və mənim də dost saydığım, etibar etdiyim insanların dediklərindən belə qənaətə gəlmişəm. Təəssüf ki, sədr-müavin münasibətlərimiz onunla dostluq münasibətlərimizin tam formalaşmasına imkan verməyib. Amma indi də gec deyil...

Qüdrət bəy Azərbaycanı bütün çalarlarıyla, daşıyla, torpağıyla, havasıyla, suyuyla, insanıyla sinəsinə çəkərək bütöv və dərindən sevən qibtə olunacaq bir vətəndaşdır.

Qüdrət Həsənquliyev zamanın sürətlə dəyişən ritminin içərisində Azərbaycan sevgisinə köklənərək öz ritmi ilə yaşayan əsl azərbaycanlıdır.

Qüdrət bəy əsl insandır – obrazı artıq boya və mübaliğə götürməyən, sadə, səmimi bir insan!

60 yaşınız mübarək, Qüdrət bəy. Allahdan Sizə uzun və sağlam ömür diləyirəm. Ulu Tanrı Sizə doğma Vətənimizlə, Türk Dünyası ilə bağlı arzuladığınız bütün hadisələrin şahidi və iştirakçısı olmağı nəsib etsin!

Elçin Mirzəbəyli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri