“Qüds” komandanı üzə çıxdı, paylaşım etdi
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran İslam İnqilabi Keçikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani sosial şəbəkə hesabında paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, Livanda atəşkəsi “İranın dəstəyinin nəticəsi” adlandırıb:
“Əziz Livan və region xalqı bilir ki, həlledici döyüşün qalibi qəhrəman “Hizbullah”dır. Əgər atəşkəs tətbiq olunarsa, bu, Livan müqavimətinin sarsılmazlığı və İran İslam Respublikasının dəstəyi ilə müqavimətin nəticəsidir. Bəziləri Livanın şərəfli xalqına rüsvayçılıq sırımağa çalışır, lakin “Hizbullah”ın müqaviməti sübut edir ki, biz (Müqavimət hərəkatı - red.) rüsvayçılığa layiq deyilik”.
İ.Qaaninin paylaşımının məzmunundan daha çox onun sosial mediada aktivlşməsi maraq doğurub. Təxminən 40 günlük İsrail-ABŞ-İran müharibəsi dövründə Qüds Qüvvələrinin komandanı barədə müxtəlif fərziyyə və dedi-qodular dövriyyəyə buraxılmışdı. Bir çox möhtəkir məlumatlarda onun İsrail casusu olması iddia olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Aprel 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















