Icma.az
close
up
RU
Qulamhüseyn Əlibəyli: “Mehdiyevlə bağlı həbslər davam edəcək”

Qulamhüseyn Əlibəyli: “Mehdiyevlə bağlı həbslər davam edəcək”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

AXCP sədri Əli Kərimlinin həbs olunmasından sonra onun trollarının fəallaşdığı müşahidə olunur.

Belə ki, sosial şəbəkələrdə Əli Kərimli haqqında edilən paylaşımların böyük əksəriyyətində onları görmək mümkündür. Müəyyən bir qrup sözügedən paylaşımlara çox ədəbsiz söyüşlər və təhqirlər yazırlar. Onlar paylaşım edəni də, Kərimli haqqında danışanı da söyürlər.

Üstəlik, onların saxta hesablar olması diqqət çəkir. Həmin hesabların vahid mərkəzdən sistemli şəkildə idarə olunması isə artıq heç kimə sirr deyil. 

Politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Əli Kərimlinin Prezident Administarsiyasının sabiq rəhbəri, vətənə xəyanətdə və dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevlə işbirliyinin olması AXCP üzvlərinə başucalığı gətirməz:

“Çünki bunun özü Azərbaycan üçün böyük təhlükə deməkdir. Hər halda, istintaq bütün bunları ortaya çıxaracaq. Lakin sosial şəbəkələrdə kimlərisə təhqir etmək, söymək Azərbaycan siyasətində qəbuledilməzdir. Ancaq çox təəssüf ki, bu hal son zamanlar geniş yayılıb. Müəyyən trol dəstəsinin kiminsə üzərinə getdiyini görürük.

Hesab edirəm ki, bu məsələlər barədə ilk növbədə AXCP rəhbərliyi daha çox fikirləşməli idi. Kimisə söymək, insanları təhqir etmək olmaz. Həmin şəxslərin düzgün olmayan yolda olduqları bəllidir. Ancaq bunu dərk etmək belə istəmirlər. Elə bilirlər ki, söyüşlə, təhqirlə, başqalarını aşağılamaqla nəyəsə nail olmaq mümkündür”. 

Politoloq qeyd edib ki, xaricdə yaşayan “söyüş müxalifəti” də bənzər addım atır:

“Xaricdə yaşayan “söyüş müxalifəti” adlanan insanlar isə əvvəldən təhqirlərə üstünlük verən adamlar olublar. Özlərini müxalifətçi və ya bloger adlandırırlar. Ancaq onlar dövlətə qarşı xəyanətkar mövqe tutublar”. 

Qulamhüseyn Əlibəylinin fikrincə, “Ramiz Mehdiyev işi” ilə bağlı istintaqa cəlb edilənlər olacaq:

“Ümumiyyətlə, dövlət çevrilişini 1-2 nəfərlə etmək mümkün deyil. Kimlərsə bu barədə düşünə bilər, amma onu həyata keçirmək üçün çox sayda adam lazımdır. Kifayət qədər sübutlar toplanarsa, çevriliş planına daxil olmuş xeyli adam həbs olunacaq. Hətta yüksək vəzifəli şəxslərin də həbsi gözlənilə bilər.

Çünki dövlət çevrilişi zoraki hərəkətlər tələb edir. Bu hərəkətləri edən şəxslər isə ən ağır şəkildə cəzalandırılmalıdırlar. Yəni həbslərin davam edəcəyi ilə bağlı ehtimal çox böyükdür”. 

Elmir
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri