Qulamhüseyn Əlibəylidən Şərif Ağayara cavab: ifadələri dəyişib onun özünə də qaytarmaq olardı”
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
““Tanınmış yazıçı muğamı təhqir etdi”. Bu başlıqlı yazı electron mediada və sosial şəbəkələrdə geniş yayılıb.
Məlum olur ki, yazıçı kimi təqdim edilən Şərif Ağayar adlı birisi muğam və bəzi muğam ifaçıları barədə nəinki təhqiramiz, hətta iyrənc ifadələr işlədib. Əlbəttə bir sənət kimi muğamı və ifaçıları bəyənib-bəyənməmək-bəyənməmək fərdi zövq məsələsidir.
Bununla mübahisə etmək olmaz. Lakin hər hansı bir məsələyə, o cümlədən muğama və ifaçılara münasibət bildirmək cəmiyyətdə qəbul olunan ictimai əxlaq, mənəviyyat və tərbiyə çərçivəsində olmalıdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib.
O qeyd edib ki, muğam Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biridir:
“Belə bir dəyəri “başdan-ağaya ruslara tabe olan nakişilik ahəngidir” adlandırmaq, bəzi muğam ifaçıları barədə küçə jarqonu ilə səsləşən ifadələr işlətmək yazıçılııdan, şairliyindən, tənqidçiliyində asılı olmayaraq, özünə hörmət edən heç şəxsə başucalığı gətirmir və həmin şəxsin mənəvi deqeradasiyasının təzahürüdür.
Bəlkə də Şərif Ağayar maraqlı şeir və nəsr əsərləri yazıb, heç bir əsərini oxumadığım üçün bu barədə bir söz deyə bilmərəm. Lakun bu, həmin şəxsin belə eybəcər və əxlaqsızcasına xalqın mənəviyyatına təcavüz etməsinə haqq vermir.
Əlbəttə adı çəkilən şəxsin müğam və onun bəzi ifaçıları haqqında səsləndirdiyi ifadələri bir qədər dəyişib onun özünə də qaytarmaq olardı. Lakin bunu ailə tərbiyəmə, əxlaqıma və milli mənəviyyata uyğun hesab etmirəm”.
O qeyd edib ki, ümumiyyətlə, son dövrlər milli-mənəvi dəyərlərimizi aşağılamaq cəhdləri xeyli çoxalıb:
“Müşahidəmə görə, belə cəhdlər daha çox gənclər və orta yaşlılar tərəfindən edilir. Görünür bu, fərqlənmək, sıradan biri olmadığı təsdiq etmək və məhşurlaşmaq üşün bir vasitə hesab edilir.
Bİr müddət keçəcək, belə cəhdləri edən şəxslər unudulacaq, onlarla heç kim maraqlanmayacaq, milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz əsrlərin sınağından çıxıb və Azərbaycan xalqı durduqca yaşayacaq. Məhşur bir atalar sözü var: Yel qayadan nə aparar?”
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 Yanvar 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















