Qulaqcığın səbəb olduğu faciə: 15 yaşlı yeniyetmə həyatını itirdi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dəmir yolu keçidində təhlükə vaxtında aradan qaldırılmadı, 15 yaşlı yeniyetmə qatardan həyatını itirdi.
Oxu.Az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bir ay əvvəl dəmir yolu keçidində liftin işləmədiyi gündəmə gətirilmiş, bu problemin ciddi təhlükə yaratdığı vurğulamışdı. Təəssüf ki, xəbərdarlıq təsirsiz qaldı və ötən gün acı nəticə baş verdi - sürət qatarı 15 yaşlı piyadanı vuraraq öldürdü.
Hadisə Zabrat-1 stansiyasında qeydə alınıb. Hərəkətdə olan sürət qatarının qarşısına qəflətən bir nəfər çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində 15 yaşlı Nemət həyatını itirib. Yaxınlarının sözlərinə görə, o, həmin vaxt dostlarının yanına gedirmiş. Qeyd olunur ki, faciənin baş verdiyi yer artıq 15 ildir mövcuddur və burada dəfələrlə bədbəxt hadisələr yaşanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Qulaqcığın səbəb olduğu faciə: 15 yaşlı yeniyetmə həyatını itirdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 May 2025 07:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















