Icma.az
close
up
RU
Qulaqcıq taxanlara XƏBƏRDARLIQ

Qulaqcıq taxanlara XƏBƏRDARLIQ

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay fəslinin gəlməsi ilə bir çox insanlar qulaqcıqlardan əvvəlki kimi istifadə etməyə davam edir.

Lakin həkimlər və eşitmə sağlamlığı üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, isti havada qulaqcıqları uzun müddət taxmaq sağlamlığa çiddi zərər vura bilər. Xüsusilə də saatlarla qulaqcıqları qulaqdan çıxarmayanlar üçün bu risk daha yüksəkdir

BAKU.WS xəbər verir ki, bir çox ölkənin tibbi heyyətinin birlikdə apardıqları elmi araşdırmalar nəticəsində temperaturun artması riski gücləndirdiyini müəyyənləşdirib.

Yayda bədənin və dərinin temperaturu təbii olaraq artır. Qulaqlar da istisna deyil. İsti havada qulaqcıqla qulaq arasındakı boşluq "mini-istixana"ya çevrilir:

Orada nəmlik, tər, bakteriyalar və kir yığılır. Bu da dərinin qıcıqlanmasına, qulaq keçəcəyinin iltihabına və hətta göbələk infeksiyalarına səbəb ola bilər.

Qulağın havalanması pozulur

Qulaqcıqlar uzun müddət qulağı tam örtdükdə, təbiətə uyğun havalanma (ventilyasiya) pozulur.

Bu xüsusilə vakumlu (qulaqdaxili) və üstdən taxılan qulaqcıqlarda daha çox müşahidə olunur.

Hava dövranı zəifləyir, isti və nəmli mühit mikroblar üçün ideal şərait yaradır.

Qızma və baş ağrısı riski

Böyük, başın üstündən keçən və qulağı tam əhatə edən qulaqcıqlardan yayda istifadə baş dərisi və qulaq nahiyəsində temperaturu artırır.

Bu isə bədən qızmasına, baş ağrısına, yorğunluğa və ümumi narahatlığa səbəb olur.

Bəzi insanlar yayda qulaqcıqla uzun müddət musiqi dinlədikdə diqqətin azalmasından da şikayət edirlər.

Eşitmə zəifləməsi və təzyiq

Yayda yüksək səsdə musiqi dinləmək, xüsusilə qulaqdaxili qulaqcıqlarla, baraban pərdəsinə təzyiqi artırır.

İsti ilə birlikdə bu, müvəqqəti eşitmə zəifliyi, qulaqda səslər (zınqıltı) və ağrı ilə nəticələnə bilər.

Yayda qulaqların sağlamlığını necə qoruyaq:

Qulaqcıqları hər 30–60 dəqiqədən bir çıxarın və qulağınızı dinləndirin

Yüngül modellərə keçin və ya xarici səsgücləndiricilərdən istifadə edin

Səs səviyyəsini çox yüksəltməyin, fon musiqisi səviyyəsində saxlayın

Qulaqcıqları hər gün antiseptiklə silin

Başqasının qulaqcıqlarından istifadə etməyin – yayda infeksiya riski daha yüksəkdir

Yay sevdiyiniz musiqidən imtina etmək üçün səbəb deyil, sadəcə bədəninizə və sağlamlığınıza qarşı diqqətli olun.

Bir qədər ehtiyat – və siz musiqidən sağlam şəkildə zövq almağa davam edə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 İyul 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri