Quldurluq edənlərə hökm oxundu
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Quldurluqda təqsirləndirilən Rauf Salmanzadə və Tural Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub.
Hökmə əsasən, Rauf Salmanzadə və Tural Eyvazov 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxslərin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 235-ci (Narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 May 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















