Quldurluqda təqsirləndirilən Sultanə Həsənova axtarışa verilib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws portalına istinadən məlumat verir.
Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri Sultanə Həsənovanın yenidən prosesdə iştirak etmədiyi bildirilib. Eyni zamanda onun yaşadığı ünvanın da dəyişdiyi qeyd olunub.
Buna görə də, dövlət ittihamçısı Rauf Malışov onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsini ilə bağlı vəsatət verib. O, əlavə edib ki, təqsirləndirilən şəxs barəsində axtarış verilsin.
Məhkəmə, təqsirləndirilən Sultanə Həsrətovanın üç iclasdan çoxdur prosesdə iştirak etmədiyini nəzərə alaraq, onun barəsində axtarış elan olunması və qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.
Proses fevralın 11-dək təxirə salınıb.
Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) və 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 Yanvar 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















