Icma.az
close
up
RU
Qumar oyunları təşkil edən şəxslərlə bağlı qərar ləğv edildi

Qumar oyunları təşkil edən şəxslərlə bağlı qərar ləğv edildi

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Ali Məhkəmədə qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçirməkdə təqsirləndirilən Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttihama görə, təqsirləndirilən şəxslər - Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov Bakı və Xırdalan şəhərlərində idman mərc oyunları kimi fəaliyyət göstərdikləri ünvanlarda qumarxana təşkil ediblər. Oyuna qoşulmaq üçün isə vətəndaşın evdən çıxmasına ehtiyac yoxdur. Vatsap mobil tətbiqi vasitəsilə əlaqə saxlamaqla xarici mərc saytlarında oyuna qoşulmaq mümkün olub. Mühakimə edilən dəstə üzvləri bu əməlləri ilə qanunsuz sahibkarlıq və qumar oyunlarının təşkilini həyata keçiriblər. Onlar cinayətlə dövlətə 2 milyondan çox ziyan vurublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə qanunsuz sahibkarlıq maddəsi ilə verilmiş ittiham əsassız hesab edilib. Nüslətə şərti, digərlərinə isə 2 il 6 aydan 3 ilə kimi azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, dəymiş ziyanın əvəzi olaraq müttəhimlərə aid 1 milyon manatdan artıq qiymətləndirilən əmlaklar üzərindəki həbs qərarı ləğv edilib. Hökmdən verilmiş protesti Bakı Apellyasiya Məhkəməsi əsaslı hesab edib. Prokuror təqsirləndirilən şəxslərə törətdikləri cinayətlərə münasibətdə yüngül cəza verildiyini hakim qarşısında bəyan edib. Qərara əsasən, əvvəlki instansiyanın hökmü ittiham tərəfinin xeyrinə ləğv edilib. Sərxan Süleymanov, Təhmin Müslümzadə, Nicat Zülfüqarov və Nüslət Xəlilov hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonuncu məhkəmə zalında həbs edilib. Həmçinin dövlətə dəymiş ziyanın əvəzi olaraq üzərinə həbs qoyulmuş 1 milyon 324 min manatlıq əmlaklar müsadirə edilib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://pravda.az
archiveBu xəbər 10 Aprel 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see193

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see171

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see159

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see133

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see127

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see123

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see120

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see118

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see117

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see117

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see117

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see116

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see116

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see115

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see115

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri