"14 saat komada qalmışam" VİDEO
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əməkdar artist Yusif Mustafayev canlı efirdə həyatı ilə bağlı indiyədək çox danışmadığı bir hadisəni açıqlayıb.
"Bakupost" xəbər verir ki, sənətçi gənclik illərində rayonlardan birində elektrik cərəyanının onu vurduğunu və uzun müddət komada qaldığını bildirib:
"Mən böyük bir bəd nəzərə düçar oldum. Rayonların birində məni elektrik cərəyanı vurdu, 14 saat komada qaldım. Allah məni yenidən həyata bəxş etdi. Bir ay sonra da övladım oldu".
Yusif Mustafayev həmin hadisədən sonra atasının və əmilərinin onu Cəlilabada apardığını da söyləyib. Onun sözlərinə görə, yaxınları kənddə qalmasını istəyiblər:
"Sonra atam və əmilərim məni Cəlilabada apardılar. Dedilər ki, kənddə otur. Yoxsa 'ad-alov' idim. Elə oldu ki, iki il rayonda qaldım".
Əməkdar artist daha sonra sənət fəaliyyətində də müəyyən fasilə yarandığını qeyd edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1982-ci ildə Moskvaya getməsindən sonra onun dövlət televiziyası və konsertlərlə əlaqəsi kəsilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 08 Oktyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















