Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

"20 Yanvar" metrosunun çıxışındakı biabırçılıq nə vaxt bitəcək?

"20 Yanvar" metrosunun çıxışındakı biabırçılıq nə vaxt bitəcək?

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Bakının Nəsimi rayonu, "20 Yanvar" metrostansiyasının Velotrek (hazırkı adı PARK20) istiqamətində yerləşən çıxışında uzun müddətdir ciddi problemlər mövcuddur. İlk növbədə qeyd etmək lazımdır ki, metro çıxışının qarşısında sıralanan taksilər və digər avtomobillər piyadaların hərəkətinə mane olur. Belə ki, sürücülərin avtomobillərini istədikləri yerdə saxlaması nəticəsində sərnişinlər metrodan çıxarkən rahat hərəkət edə, yolu təhlükəsiz şəkildə keçə bilmirlər. Metronun təmiri ilə əlaqədar sərnişinləri "28 May" stansiyasına daşıyan ekspress avtobusların da həmin ərazidə dayanması vəziyyəti ağırlaşdırıb. Xüsusilə günün pik saatlarında ərazidəki sıxlıq səbəbindən avtomobillər kilometrlərlə uzanan növbələrə düzülür, nəqliyyatın hərəkəti xeyli ləngiyir.

Sakinləri narahat edən başqa bir məsələ taksi sürücüləri arasında tez-tez baş verən mübahisələrdir. Onların bildirdiyinə görə, müştəri uğrunda yaranan rəqabət sözlü qarşıdurmalara, səs-küyə və təhqiramiz ifadələrin işlədilməsinə gətirib çıxarır. Bu vəziyyət həm ərazidə yaşayan sakinlərin, həm də hər gün buradan istifadə edən insanların narazılığına səbəb olur. Bundan başqa, Sumqayıt istiqamətində fəaliyyət göstərən qanunsuz mikroavtobuslarla bağlı da şikayətlər səsləndirilir. Görünən odur ki, "20 Yanvar" metro stansiyasının bu çıxışında nəqliyyatın hərəkətinin təşkili ilə bağlı ciddi boşluqlar var. Ərazidə xaotik vəziyyətin aradan qaldırılması, taksi və mikroavtobusların fəaliyyətinin qaydaya salınması, ən əsası piyadaların təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti qurumların müdaxiləsinə ehtiyac yaranıb.

Nəqliyyat eksperti Adil Nəbiyev "Bakupost"a bildirib ki, paytaxtın metro stansiyalarının ətrafında qeyri-qanuni parklanma, sərnişindaşımanın nizamsız təşkili, taksi sürücülərinin piyada keçidlərini və giriş-çıxışları zəbt etməsi uzun müddətdir müşahidə olunan problemlərdəndir:

"Metro stansiyalarının giriş və çıxışları insanların sərbəst, rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub. Bu ərazilərin qeyri-rəsmi taksi dayanacağına və sərnişin toplama məntəqəsinə çevrilməsi yolverilməzdir. Xüsusilə yaşlı insanların, uşaqların, hamilə qadınların və əlilliyi olan şəxslərin həmin ərazilərdə hərəkət etməkdə çətinlik çəkməsi məsələnin nə qədər ciddi olduğunu göstərir. Görmə məhdudiyyətli vətəndaşın qanunsuz park edilmiş avtomobillər səbəbindən təhlükə ilə üzləşməsi, əgər qeyd olunan hal təsdiqlənərsə, təkcə nəqliyyatın təşkili deyil, həm də insan təhlükəsizliyi və əlçatanlıq baxımından ciddi nöqsandır. Təəssüf ki, bəzi ərazilərdə sürücülər şəxsi qazanc maraqlarını ictimai maraqlardan üstün tuturlar. Digər tərəfdən, belə vəziyyətin uzun müddət davam etməsi nəzarət mexanizmlərinin yetərincə effektiv olmadığını göstərir".

Ekspertin sözlərinə görə, problemin həlli yalnız sürücülərin cərimələnməsi ilə məhdudlaşmamalıdır:

" Metro stansiyalarının ətrafında taksilər və şəhərlərarası sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri üçün xüsusi dayanacaq məntəqələri yaradılmalı, sərnişinlərin minib-düşməsi sistemli şəkildə təşkil edilməli, piyada yollarının və metro giriş-çıxışlarının zəbt olunmasının qarşısı qətiyyətlə alınmalıdır. Həmçinin qeyri-qanuni ödənişlərin alınması və ictimai asayişin pozulması ilə bağlı səsləndirilən iddialar aidiyyəti qurumlar tərəfindən araşdırılmalı, təsdiqini tapdığı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görülməlidir. Ərazidə videomüşahidə sistemlərinin imkanlarından daha səmərəli istifadə olunması və mütəmadi nəzarətin həyata keçirilməsi vacibdir. Birdəfəlik reydlər problemi müvəqqəti aradan qaldıra bilər, lakin davamlı nəticə əldə etmək üçün sistemli nəzarət və düzgün nəqliyyat infrastrukturu lazımdır. Unutmamalıyıq ki, şəhər infrastrukturu ilk növbədə insana xidmət etməlidir. Vətəndaş metroya daxil olmaq üçün avtomobillərin arasından keçməyə, sürücülərlə mübahisə etməyə və öz həyatını təhlükəyə atmağa məcbur qalmamalıdır. Bir şəxsin qazanc əldə etmək istəyi yüzlərlə insanın təhlükəsiz və sərbəst hərəkət hüququnu məhdudlaşdıra bilməz. İctimai məkan heç kimin şəxsi qazanc ərazisi deyil".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Noyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see325

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see291

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see274

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see268

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see267

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see249

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see246

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see246

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see245

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see241

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see235

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see235

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see231

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see229

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see229

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see220

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see198

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see196

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see190

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri