Icma.az
close
up
RU
"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Avropa Birliyi (AB) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Sammitində iştirakının əsas yekunları olub.

"Bakupost" Report-a istinadən xəbər verir ki, bu barədə "Avronyus"un Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərə həsr olunan məqaləsində bildirilib.

Nəşr qeyd edib ki, sammit çərçivəsində Azərbaycan lideri 12-yə yaxın ikitərəfli görüş keçirib, bu görüşlər zamanı energetika, nəqliyyat əlaqələri, təhlükəsizlik, texnologiyalar və regional əməkdaşlıq müzakirə olunub.

AB ilə energetika əməkdaşlığının genişləndirilməsi

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkə Avropaya enerji resurslarının tədarükünü artırmaq və şaxələndirmək, onların coğrafiyasını artıq Azərbaycan qazını alan 10 AB üzvü olan dövlətin hüdudlarından kənara genişləndirmək niyyətindədir.

Sammit çərçivəsində dövlət başçısı Avropa Birliyi Şurasının sədri Antonio Koşta ilə görüşüb. Tərəflər Azərbaycan və AB-nin qaz tədarükü sahəsində uğurlu əməkdaşlığı kontekstində uzunmüddətli enerji müqavilələrini müzakirə ediblər.

"Avronyus" xatırladıb ki, Azərbaycan və AB arasında energetika sahəsində strateji tərəfdaşlıq 2022-ci ildə qurulub.

AB Şurasının sədri tərəflər arasında əməkdaşlığın qarşılıqlı faydasını vurğulayıb.

İlham Əliyev bildirib ki, Azərbaycan AB-yə qaz tədarükünü 8 milyarddan 13 milyard kubmetrə qədər artırıb.

Əməkdaşlıq həmçinin inkişafı Azərbaycanın strateji məqsədlərindən biri olan bərpa olunan enerjini də əhatə edir. İlham Əliyev "yaşıl enerji"nin Avropa bazarlarına ixracı barədə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasındakı sazişə diqqət çəkib.

Tərəflər Asiyanı Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirən qlobal Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişafını müzakirə ediblər.

Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq

Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.

Tərəfdaşlığın yeni strukturu təhlükəsizlik, ticarət və investisiyalar, bərpa olunan enerji, infrastruktur, süni intellekt və qabaqcıl texnologiyaları əhatə edir.

Britaniya rəsmiləri bəyannamənin imzalanmasını tarixi mərhələ adlandırıblar. İki ölkənin liderləri qarşılıqlı ticarəti və özəl şirkətlər arasındakı əlaqələri genişləndirmək barədə razılığa gəliblər.

Azərbaycan və Böyük Britaniya həmçinin Orta Dəhlizin, transsərhəd ticarət və investisiyalara kömək edən nəqliyyat, logistika və infrastruktur layihələrinin inkişafını dəstəkləməyi razılaşdırıb.

Ermənistanla sülh prosesinin irəli aparılması

İlham Əliyev Dublində Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasındakı tarixi sülh prosesini davam etdirən yeni danışıqlar aparıb. Tərəflər sülhün möhkəmləndirilməsi, sərhədin delimitasiyası, elektrik şəbəkələrinin birləşdirilməsi və digər məsələləri müzakirə ediblər.

Liderlər həmçinin TRİPP layihəsinin icrasını, o cümlədən onun dəmir yolu və avtomobil komponentlərinin planlaşdırılmasını nəzərdən keçiriblər.

Avropa əlaqələrinin genişləndirilməsi

Dublində İlham Əliyev həmçinin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşüb. Tərəflər Cənub Qaz Dəhlizi infrastrukturunun modernləşdirilməsini və mühüm tərkib hissəsi Trans-Adriatik qaz kəməri (TAP) olan ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

Moldova Prezidenti Maya Sandu ilə görüşdə energetika sahəsində əməkdaşlıq, bu ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, eləcə də ticarət-iqtisadi əlaqələrin inkişafı nəzərdən keçirilib.

Azərbaycan Prezidenti həmçinin Bolqarıstanın Baş naziri Rumen Radev və Çexiyanın Baş naziri Andrey Babiş ilə energetika sahəsində danışıqlar aparıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2026 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri