"Avropada ölüm doğumu üstələyir" İlon Maskdan xəbərdarlıq
Icma.az bildirir, Bakupost portalına istinadən.
İlon Mask Avropa İttifaqı (Aİ) ölkələrində demoqrafik böhrana diqqət çəkib və Qərb ölkələri əhalisinin nəsli kəsilməsi riskindən xəbərdarlıq edib.
"Bakupost" xəbər verir, bu barədə Mask özünün "X" şəbəkəsindəki hesabında yazıb.
"Avropa İttifaqına daxil olan 27 dövlətdən 21-də ölüm göstəriciləri doğum səviyyəsindən daha yüksəkdir. Onlar (Qərb ölkələri) nəsli kəsilmə yolundadırlar", - deyə Mask qeyd edib.
Bununla da o, BMT-nin dünyanın ən böyük iqtisadiyyatlarında, o cümlədən Böyük Britaniya, Koreya Respublikası, Fransa, Almaniya, ABŞ və Yaponiyada fertilliyə (reproduktiv məhsuldarlıq və ya doğum qabiliyyəti) dair 1950-ci ildən bəri doğum əmsalının davamlı azalmasını nümayiş etdirən statistikasına reaksiya verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 01 Avqust 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















