"Bantik"in rəhbərliyi məsuliyyətə cəlb olundu Əmək Müfəttişliyindən açıqlama ÖZƏL
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, "Bantik” mağazalar şəbəkəsində satıcı işləmiş Aysu Abdullayeva işdən ayrıldıqdan sonra ona ödənilməli olan bonus pullarının verilmədiyini və bununla bağlı sosial şəbəkədə paylaşdığı videoya görə hədələndiyini iddia edib.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Bakupost"un sorğusuna cavab olaraq bildirilib ki, A.Abdullayevanın müraciəti araşdırılıb:
"Araşdırma zamanı “Bright Beauty” MMC-dən aidiyyəti sənədlərin təqdim edilməsi tələb edilib, sənədlərin tam təqdim olunmaması ilə əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb".
Xidmətin açıqlamasında qeyd olunub ki, “Bright Beauty” MMC-nin vəzifəli şəxsi və hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilib və müəssisə cərimə olunub.
Həmçinin bildirilib ki, müraciətlə bağlı vətəndaşa müvafiq qaydada cavab verilib.
Qeyd edək ki, mediada “Bantik”lə bağlı ötən günlərdə də oxşar iddia yayılıb. Belə ki, 2024-cü ildə mağazada satıcı işlədiyini deyən qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını bildirib.
Şirkətin rəhbəri Leyla Əliyeva isə həmin iddiaya cavab olaraq qadını tanımadığını və problemin həlli üçün onunla əlaqə saxlamağa hazır olduğunu qeyd edib:
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 10 Sentyabr 2026 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















