Icma.az
close
up
RU
"Barlarda sərxoş olan, hər fürsətdə yatağını paylaşan..." VİDEO

"Barlarda sərxoş olan, hər fürsətdə yatağını paylaşan..." VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Xəbər sadə şəkildə budur. Hansısa “Məshəti” filmi beynəlxalq film festivalının proqramından silinib. Amma xəbərin mürəkkəb şəklində ciddi mədəni, siyasi, ictimai, hətta kəşfiyyat xarakterli təhdidlər var”.

Bu sözləri Real TV-nin baş direktoru Mirşahin Ağayev Bakı Film Festivalında nümayişinə qadağa qoyulan, rejissor və ssenari müəllifi Suad Qara olan “Məhsəti” qısametrajlı bədii filmi ətrafında mübahisələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, film nəinki Azərbaycanın, bütün Şərqin böyük şairi Məshəti Gəncəvinin ismət və ləyaqətini hədəf alır:

“İkincisi, bu filmin Məshətinin soydaşı azərbaycanlı çəkib. Üçüncüsü, bu filmi Məshətinin soydaşı azərbaycanlı qadın çəkib. Dördüncüsü, filmi 16 il Azərbaycanın Mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin qızı Suad Qara çəkib. Beşincisi, altıncısı, yeddincisi və sair də var. Amma mən elə bu dörd müddətdən çıxış edəcəm”.

M.Ağayev vurğulayıb ki, Suad Qaranın təqdim və təlqin etdiyi budur ki, Məshəti Gəncəvi müasirimiz olsaydı, əxlaqsız biri olardı:

“Barlarda sərxoş vaxt keçirər, yatağını, qucağını hər fürsətdə paylaşardı. Əyyaşların, seksual azlıqların içində dolaşardı... və bu o Məshəti Gəncəvidir ki, YUNESKO onun 900 illik yubileyini dünya səviyyəsində qeyd etmişdi. Şərqin ən böyük qadın şairinin “dün kası küzəmi daşlara çaldım, sərxoşdum, bilmədim əlimdən saldım, küzə dilə gəlib dedi ki, mən də, sənin kimi idim, bu günə qaldım” misralarını isə ən böyük mütəfəkkirlər ömrün mənası barədə ən mükəmməl kəlamlar adlandırıblar. Suad Qara isə belə bir şəxsiyyətin, o cümlədən azərbaycanlının, Şərqin ruhunu təhqir edib. Mən ondan danışmaq istəmirəm ki, filmdə öz arzularının, seksual fantaziyalarının xanımı Suad Məshətinin vücuduna açıq-saçıq səhnələrdə, erotik planlarda proyeksiya edib və milli-mənəvi əmanətlərimizə xəyanət edib. Mən ondan danışmaq istəmirəm ki, Məshəti xanımın belə təqdimatı milli-ədəbi tariximizi, xüsusilə gənclərə antiəxlaq yönündən göstərməkdir. Mən ondan danışmaq istəmirəm ki, Suad Qara həm də şərəfli bəstəkar Qara Qarayevin adını, soyadını, üzünü qara, qapqara etməyə növbəti cəhd edib. Və Məshəti Gəncəvini ildırımli yollarla yox, sürüşkən yollarla, əyri yollarla aparıb. Mən ondan danışmaq istəmirəm ki, Suad xanım atası Əbülfəsin mənliyini daim qalmaqallarla daşqalaq edib. Valideynin adını Londonda əxlaqsız həyat keçirən, atasının pulları ilə narkotik və seks partiləri təşkil edən övlad atasıtək çıxarıb. Mən ondan danışmaq istəmirəm ki, Suad Qarayeva Londonun göylə gedən moda klublarının sədaqətli və səxavətli qonağı olub. Çünki kişilər seksual görünən qadınları çox sevirlər”.

Ətraflı videoda...




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Dekabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri