"Bavariya" prezidenti Bundesliqa klublarını tənqid etdi
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bavarya"nın prezidenti Herbert Hayner Bundesliqa klublarını çempionatın xaricdə tanıdılması istiqamətində kifayət qədər səy göstərməməkdə günahlandırıb.
QOL.az xəbər verir ki, 72 yaşlı funksioner Münhen klubunun Asiyadakı mövsümöncəsi turunun sonunda bu barədə danışıb.
"İnternasionallaşma bir klubun təkbaşına əldə edə biləcəyi bir şey deyil. Bundesliqa olaraq bunun üzərində birlikdə çalışmalıyıq və liqa daha aktiv rol oynamalıdır.
"Bayern"in bu yükü təkbaşına daşımasını gözləmək olmaz. Bizə bütün Bundesliqadan daha ciddi dəstək lazımdır. Söhbət bir-iki klubdan deyil, bütün liqadan gedir", - deyə Hayner bildirib.
Qeyd edək ki, "Bayern"dən başqa mövsüm başa çatdıqdan sonra "Leyptsiq" Cənubi Afrikaya, Dortmund "Borussiya"sı isə Yaponiyaya səfər edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 08 Avqust 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















