Icma.az
close
up
RU
"Bir top fərqini aradan qaldıra bilərik" Valdas Dambrauskas

"Bir top fərqini aradan qaldıra bilərik" Valdas Dambrauskas

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Bir top fərqini aradan qaldıra bilərik" - Valdas Dambrauskas

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Sabah" Danimarkanın "Orhus" klubu ilə qarşılaşacaq.

QOL.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matç barədə fikirlərini bölüşüb:

"Sabah bizi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyunu gözləyir. İnanıram ki, Danimarkada əldə olunan nəticə sabahkı qarşılaşmaya böyük maraq və həyəcan qatacaq. Bir top fərqi elə də böyük üstünlük deyil və düşünürəm ki, hər iki komanda sabah meydanda bunun fərqində olacaq.

Biz öz oyun üslubumuzu nümayiş etdirmək, komandamızı dəstəkləyən azarkeşlərimizin qarşısında yaxşı çıxış etmək istəyirik. İnanıram ki, bir top fərqini aradan qaldırmaq və mərhələni keçmək bizim üçün mümkündür.

Qeyd edim ki, bütün oyunçularımız sabahkı görüşə hazırdır. Komandada hər kəs qarşılaşmanın əhəmiyyətini yaxşı anlayır. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, Azərbaycan futbolunu layiqincə təmsil edək və oyundan sonra azarkeşlərimizə qürur yaşadaq.

Biz bu qarşılaşmaya hazırıq və yaxşı nəticə əldə etmək üçün mübarizə aparacağıq".

Danimarkada siz xüsusi planla çıxış etdiniz və yaxşı oyun göstərdiniz. Sadəcə, rəqib son dəqiqələrdə iki zərbə vurdu və onlardan birini qola çevirə bildi. Sabahkı oyun üçün xüsusi planınız olacaqmı?

"Biz sabahkı oyuna yaxşı hazırlaşmışıq. Rəqibimiz haqqında da qeyd etmək istəyirəm ki, çox yaxşı komandadır. Onların heyətində kifayət qədər keyfiyyətli futbolçular var.

Avropa təcrübəmiz az olsa da, düşünürəm ki, ilk qarşılaşmada biz çox yaxşı futbol nümayiş etdirdik. Xüsusilə də Danimarkada, azarkeşlər qarşısında yaxşı oyun göstərməyə çalışdıq. Lakin evə qayıdarkən həm göstərdiyimiz performansdan, həm də nəticədən müəyyən qədər narazı idik. 

Rəqibin əsas xüsusiyyətlərindən biri odur ki, çoxsaylı qol imkanları yaratmasa belə, əldə etdiyi azsaylı fürsətlərdən maksimum istifadə etməyi bacarır. Bu, onların fərqli və təhlükəli komanda olduğunu göstərir. Ona görə də sabahkı oyunda onların bu xüsusiyyətinə xüsusi diqqət yetirməliyik.

İlk oyunun təhlilini də aparmışıq. Hansı məqamlarda səhvlər etdiyimizi görmüşük və sabah həmin səhvləri təkrarlamamağa çalışacağıq. Rəqibi də daha yaxşı analiz etmişik və düşünürəm ki, düzgün yanaşma ilə meydana çıxsaq, qalib tərəf ola bilərik.

Komandamız sabah oyuna daha yaxşı köklənsə, yüksək konsentrasiya ilə çıxış etsə və tapşırıqları düzgün yerinə yetirsə, düşünürəm ki, qalib gəlmək şansımız kifayət qədər yüksəkdir".

Sabah öz meydanınızda, azarkeşlərinizin qarşısında oynayacaqsınız. Sizcə, sabah hava şəraitinin fərqli olması da sizin üçün müəyyən üstünlük yarada bilərmi?

"İqlim və hava şəraiti barədə çox danışılır. Düşünürəm ki, bu amil bir qədər şişirdilir. Çünki rəqibimiz də Azərbaycandakı şəraitdə oynayacaq. Üstəlik, onlar təcrübəli komandadır və hesab edirəm ki, hava şəraiti sabahkı oyunda həlledici faktor olmayacaq. Mənim fikrimcə, səfər oyunlarında komandaya daha çox təsir edə biləcək hava şəraiti küləkli hava şəraitidir. Amma düşünürəm ki, sabah hava şəraiti ilə bağlı ciddi problem olmayacaq. Bundan başqa, bizim stadionumuz qapalıdır və bu baxımdan hava şəraitinin oyuna ciddi təsir edəcəyini düşünmürəm".

İlk oyuna çox yaxşı başladınız. Amma biz gördük ki, rəqib də kifayət qədər təhlükəli və aktiv idi, qol imkanları yaratdı. Sabahkı oyun üçün əvvəlkindən fərqli, xüsusi bir plan hazırlamısınız?

"Sabah üçün fərqli bir plan hazırlamamışıq və biz hər oyun çalışırıq ki, qol vuraq. Mənim üçün isə daha vacib və sevindirici məqam odur ki, biz qol imkanları yarada bilirik.

Bəzən yaratdığımız qol fürsətlərindən istifadə edə bilirik, bəzən isə top qapıya daxil olmur. Futbol belə oyundur. Əsas məsələ həmin imkanları yaratmaqdır və biz bunun üzərində çalışırıq.

İnanıram ki, sabah, sizin də qeyd etdiyiniz kimi, Allahın köməyi, azarkeşlərimizin dəstəyi və stadionumuzdakı atmosferin təsiri ilə yaratdığımız qol imkanlarından yararlanacağıq və toplar tora daxil olacaq. Ümid edirəm ki, sabah bizim üçün uğurlu gün olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Avqust 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri