"Bizi satıblar" İranli spikerin müşaviri
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın müşaviri ölkənin milli təhlükəsizlik sistemində genişmiqyaslı informasiya sızmasının baş verdiyini bildirib.
Bakupost.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin son hücumları nəticəsində İranın bütün yüksək rütbəli komandirləri cəmi bir saat ərzində həlak olub:
“Aydındır ki, bizdə təhlükəsizlik və kəşfiyyat sahəsində ciddi informasiya sızması baş verib. Bunu inkar etmək olmaz. Bütün yüksək rütbəli komandirlərimiz bir saat ərzində öldürüldü”.
Müşavir əlavə edib ki, ən böyük uğursuzluq İran xüsusi xidmət orqanlarının İsrailin aylarla davam edən hazırlığını aşkar edə bilməməsi olub:
“İran aylarla İsrail xüsusi xidmət orqanlarının ölkəyə raketlər və pilotsuz uçuş aparatlarının detallarını gizli şəkildə gətirməsini aşkar edə bilmədi”.
Aysel,
Bakupost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 21 İyun 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















