Icma.az
close
up
RU
"Dayanacaq yox, interval çox..." Sulutəpədə avtobus problemi AÇIQLAMA+FOTO

"Dayanacaq yox, interval çox..." Sulutəpədə avtobus problemi AÇIQLAMA+FOTO

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Binəqədi rayonunun Sulutəpə qəsəbəsində ictimai nəqliyyatla bağlı ciddi problemlər yaşanır. Qəsəbə sakinləri avtobusların uzun intervallarla hərəkət etməsindən, əhali sayına uyğun olmayan avtobus tutumundan və xüsusilə qış mövsümündə dayanacaqların olmaması səbəbindən əziyyət çəkmələrindən şikayət edirlər.

Sakinlərin sözlərinə görə, səhər və axşam saatlarında avtobuslarda sıxlıq müşahidə olunur, intervalların uzun olması isə gündəlik gediş-gəlişi çətinləşdirir. Dayanacaqların quraşdırılmaması isə yağışlı və soyuq havalarda vətəndaşlar üçün əlavə problemlər yaradır.

Məsələ ilə bağlı AYNA-dan (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) Bakupost.az -a bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut xətti müsabiqəyə çıxarılıb və sentyabr ayından etibarən xəttə yeni avtobuslar cəlb edilib. Xocəsən qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 158 nömrəli marşrut xətti isə bu ilin fevral ayında müsabiqəyə çıxarılıb və mayın 1-dən etibarən yeni avtobuslarla fəaliyyətə başlayıb.

Qurumdan verilən məlumata görə, daşıyıcılara marşrutlar üzrə avtobusların sayının artırılması, intervalların azaldılması və mərhələli şəkildə iritutumlu avtobuslarla əvəzlənməsi ilə bağlı tapşırıqlar verilib.


Dayanacaq pavilyonlarına gəlincə, AYNA-nı açıqlamasında qeyd edilir ki, Sulutəpə qəsəbəsinin Bakı şəhəri ərazisinə düşən hissəsində yol infrastrukturu və səki şəraiti pavilyonların quraşdırılmasına imkan vermir. Gələcəkdə səki inşa olunduğu halda sərnişin tələbatına uyğun olaraq dayanacaq pavilyonlarının quraşdırılması nəzərdə tutulur.

Qəsəbənin Abşeron rayonu ərazisinə düşən hissəsində isə artıq təhlillərə başlanıldığı bildirilib. Səki şəraiti imkan verdiyi təqdirdə, sərnişin tələbatına əsasən, burada da dayanacaq pavilyonlarının quraşdırılması təmin ediləcək. Qeyd edilib ki, respublika üzrə bu səlahiyyət AYNA-ya 2025-ci ilin 28 noyabr tarixindən etibarən verilib.

Fəridə, BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:521
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri