"İstefa çağırışları məni narahat etmir" Kurban Berdiyev
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Turan Tovuz" Misli Premyer Liqasının 3-cü turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. Mütəxəssis komandasının çoxsaylı epizodlar yaratmasına baxmayaraq bundan yararlana bilmədiyini bildirib:
“Ötən oyunla müqayisədə bu matçda daha yaxşı oynadıq. Buna baxmayaraq məğlub olduq. Rəqib bir epizod yaratdı və qol vurdu. Biz isə çoxlu epizodlar yaratdıq”.
Berdıyev hücum xəttindəki problemlərdən də danışıb:
“Ən çox hücum narahat edir. Balau və Vadjinin tam hazır olmaması bizə problem yaradır. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləyəcəyik”.
Mütəxəssis Balau və Vadji ilə çempionluğa ümid edib-etmədikləri ilə bağlı sualı qısa cavablandırıb:
“Əlbəttə”.
Berdıyev azarkeşlərin istefa çağırışlarının onu narahat etmədiyini, yeni stadionun tikilməsindən isə sevindiyini bildirib:
“Məni narahat etmir. Azərbaycanda belə stadionların tikilməsinə ancaq sevinə bilərəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 30 Avqust 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















