"Jurnalistlər binası"nda dəhşətli hadisə 25 yaşlı qız ad günündə öldü
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Bakıda hündürmərtəbəli binadan yıxılan qız xəstəxanada keçinib.
Bakupost.az xəbər verir ki, hadisə jurnalistlərin 3-cü binasında ("Qazilərin binası" kimi tanınan binada) baş verib.
Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini, 2000-ci il təvəllüdlü Rəhimxanova Əfsanə Mirzalı qızı binanın 13-cü mərtəbəsinin balkonundan yıxılıb. O, təcili xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyi nəticə verməyib və Ə.Rəhimxanova aldığı ağır xəsarətlərdən keçinib.
Qeyd olunur ki, hadisə baş verən gün Ə.Rəhimxanovanın doğum günü imiş. O, doğum günün qeyd etmək üçün həmin binada yaşayan rəfiqəsigilə qonaq gəlibmiş. Ə.Rəhimxanovanın binadan yıxıldığı, yoxsa intihar etdiyi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Elnur, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Oktyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















