Icma.az
close
up
RU
"Payde"ni keçəcəyimizə inanırdıq" Eren Aydın

"Payde"ni keçəcəyimizə inanırdıq" Eren Aydın

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Payde"ni keçəcəyimizə inanırdıq" - Eren Aydın

“Zirə”nin hücumçusu Eren Aydın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Payde”yə (Estoniya) qarşı keçirilən cavab oyunundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Futbolun bu tərəfi çox pisdir. Saysız qol epizodları yaratdıq. Xeyli şansı boşa verdik. İki topumuz da dirəkdən qayıtdı. Top qapıdan keçmək istəmirdi. Səfərdəki oyunda da bu cür halla üzləşmişdik. Çox yaxşı futbol sərgiləsək də, qismətimiz bu imiş. Artıq edə biləcəyimiz bir şey yoxdur. Bundan sonra ölkə çempionatına köklənməliyik. 

- Avrokuboklarda “Turan Tovuz” iştirak etməli idi, sonradan onları siz əvəzlədiniz. Demək olar ki, “Zirə” buna hazır deyildi?

- Bir qədər hazırlıqsız olduq demək olar. Lakin yaxşı təlim-məşq toplanışı keçmişdik. Ötən mövsümlə müqayisədə çox yaxşı futbol sərgilədiyimizi düşünürəm. Rəqibin iki zərbəsi var idi və biri qol oldu. Mübarizəni dayandırmağa layiq deyildik. Buna əminəm. İstənilən halda rəqibi təbrik edirəm. Güclərinə uyğun mübarizə apardılar. 

- Əvəzlənməyiniz nə ilə əlaqədar idi? Özünüz istədiniz, yoxsa...?

- Futboldur bu. Bir qədər ola bilər yorğun idim. Əvəzlənməyim baş məşqçinin qərarı idi və buna hörmətlə yanaşıram. 

- Oyunun sonunda top rəqibin əlinə dəysə də, penalti təyin olunmadı. Ümumilikdə hakim idarəçiliyini necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, hakim oyunun əvvəlindən lazım oldu-olmadı fitini səsləndirirdi. Rəqibə toxunan kimi referi fit verirdi. Son epizodda da top dirəyə dəydiyi üçün hakim əllə oyunu görmədi. Halbuki biz hamımız ehtiyat oyunçular skamyasından topun rəqib futbolçunun əlinə dəydiyini gördük. VAR olmadığı üçün penalti təyin edilmədi. Hakimin qərarına hörmətlə yanaşmaq lazımdır.

- Sizin dirəyə dəyən topunuz qapıdan keçsəydi, hər şey fərqli ola bilərdi?

- Mən həmin epizodda qol olduğunu zənn etdim. Sevinməyə hazırlaşırdım. Lakin sən demə, top qapıdan keçməyib. Təbii ki, qol olsaydı, 2:0 önə keçəcəkdik. Bu da böyük üstünlük demək idi. Ondan başqa da 2-3 real qol epizodumuz oldu. Təəssüf ki, dəyərləndirə bilmədik. 

- Ölkə çempionatının startına təxminən iki həftə qalıb. Avrokuboklarla erkən vidalaşmağınız komandada psixoloji gərginlik yaratmayacaq?

- Təbii ki, hamımız çox məyusuq. Çünki rəqibi keçəcəyimizə inanırdıq. Bəxtimizə bizdən heç də güclü olmayan rəqib düşmüşdü. Artıq irəli baxmalıyıq. İki həftə vaxtımız var. Bu müddətdə yaxşı çalışmalı və çempionata köklənməliyik. Hədəfimiz çempionatda ilk üçlüyə düşmək olmalıdır. Hamı bunun üçün əlindən gələni etməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://qol.az
archiveBu xəbər 31 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri