"Qalatasaray"dan sonra İtaliya klubuna keçə bilər
Icma.az bildirir, Qol.az portalına istinadən.
Argentinalı hücumçu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər.
QOL.az xəbər verir ki, “Foot Mercato” nəşrinin məlumatına görə, hazırda azad agent statusunda olan futbolçu bir neçə klubun təklifini nəzərdən keçirir və İtaliyaya qayıtmağa hazırlaşır. “Latsio” argentinalı hücumçuya 2028-ci ilə qədər müqavilə təklif edib. Lakin İkardi hələ yekun qərarını verməyib.
Xatırladaq ki, İkardi iyulun 1-də “Qalatasaray”la müqaviləsinin başa çatmasından sonra azad agent statusu alıb. O, 2023-cü ildən İstanbul klubunda çıxış edib və 4 dəfə Türkiyə çempionu olub. Həmçinin Türkiyə Kuboku və Superkubokunu qazanıb.
Qeyd edək ki, argentinalı futbolçu “Qalatasaray”ın heyətində keçirdiyi 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Bundan əvvəl isə İtaliyada “Sampdoriya” və “İnter”in formasını geyinib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 01 Sentyabr 2026 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















